ELƏ BİLİR Kİ

media-1-2
23 yaşlı, dəxlisiz şəkildə hansısa kollecin ölkədə praktikası belə olmayan fakültəsini bitirən, bir-iki dənə yaxşı “aşıpkası” olduğu üçün təsbehlə o səhvləri ört-basdır etdiyini düşünüb, qara, ipi solmuş təsbeh gəzdirən, işsiz ancaq çatana
” nəsə lazım olsa qardaşın burdadı” ,
” brat məsələ pulda deyil e” ,
nə qulluğ? Allah haqqi qardaşım” deyən, istədiyi qız universitetin veçerində diskoteka mahnıları oynadığı üçün qızın adın çıxarıb ayrılan, ən sevdiyi adamlar vaynerlər olan, kiməsə əsəbləşəndə onu söyməyə zadı çatmayanda girib Hüseyn Əzizoğlunun videosunu tapıb Hüseyni söyməklə qurdun öldürən, hansı müğənninin gecəsi neçəyə olduğunu qohumlarının adından daha dəqiq yadda saxlayan ve nəhayət, həmişə göy niva sürüb butalı köynək geyinən qaqaşların yanında olan, tez-tez onların nivaları haqqında təriflər deyən o qaqaş var a, o ELƏ BİLİR Kİ
1. Amerika knopkanı bassa İranı havaya uçurdar.
2. Prezident hər gecə tanımasınlar deyə qara eynəkdə, qara, sadə mersedeslə şəhəri fırlanır.
3. Ukraynada liboy qızla tanış olan kimi evdə atası, anası və pişikləri olsa da gedib onlarda qala bilərsən.
4. Ronaldo müsəlmandı.
5. Məhəllədəki bərbərə tez-tez girib duxu vurmağı bərbəri qəti narahat eləmir
6. Tanışlardan biri reski varlanıb bunu da qabağa çəkəcək.