Arvadıyla barışmaq istəyən Vüsal

media-2d-illustration-of-azerbaijani-office-worker-man-feels-sad-at-office-sad-colors-187821289
34 yaşlı, distribütorların birində ofis işçisi olan Vüsalın kefi yoxdur. Arvadı İnarəylə çox dəxlisiz vaxtda küsmüşdü. 3 martda araları dəymişdi. Vüsal axır vaxtlar Tiktokda çox vaxt keçirirdi, bütün günü orasını-burasını açıb göstərən qızların profillərinə baxırdı. İnarə əvvəl buna fikir vermirdi, amma bir dəfə təsadüfən ərinin telefonunda Tiktoka girəndə gördü ki, sən demə Vüsal ucuzlu-bahalı, kifirli-göyçəkli, zövqlü-zövqsüz (daha doğrusu hamısı zövqsüz) 18 profilə abunə alub, hələ bir canlı yayımda hansısa mamlı-matana $66.99 dollarlıq virtual hədiyyə alıb göndərib.
Evdə “konsertdən” sonra bir-birini danışdırmırdılar. Heç biri özünü sındırmır, birinci söhbətə başlamırdı. Vüsal işdən sonra illərdir heç axtarmadığı dostlarıyla görüşürdü, Vüsalə də 8 mart günü kəsilə-kəsilə gözləyirdi ki, bəlkə Vüsal ona diqqət göstərə. Amma tərsliyi tutmuş Vüsal da həmin günü bacı, ana, xala, əmiqızı, dayıqızı – hamını təbrik etmişdi, amma İnarəyə vnimaniya verməmişdi.
Amma bugün vəziyyət kritikdir. Sabah axşama toya çağırıblar, amma paltarı çirklidir, İnarə də dalaşdıqları gündən bəri əlini ağdan-qaraya vurmur. Dönər-lahmacun yeməkdən mədəsi pis günə düşüb, şampunu, üz qırxmaq üçün kremi qurtarıb (çox vaxt evə onları İnarə alırdı), paltaryuyanda rejimləri də işlədə bilmir.
İndi Vüsal doğurdan da başa düşürdü ki, İnarə nə qədər xeyli iş görürmüş. Özünü də yamanlayırdı ki, “ay debil, 8 Martda kak raz momenti düşmüşdü, hədiyyə alıb könlünü alardın, aranı düzəldərdin”
İndi gecikmişdi, nə alacağını da bilmirdi.
Həmişə belə hallarda işinə yarayan əmioğlusu Turala zəng elədi (əslində atasının əmisi nəvəsidir, amma bir-birlərinə əmioğlu deyirdilər), kömək istədi, amma guya ki srağagün dalaşdıqlarını dedi. Özlüyündə fikirləşdi ki, Tural niyə bilsin ki, 3 martdan bəri danışmırlar? Evdə olan hər şeyi kənara açıb-tökmək lazım deyil.
Tez dedi ki, a Vüsü, ayın 12-dək Kontaktda nağd alışda -50%-dək endirim var. Apple-dan məhsulları 12 ay faizsiz götür getsin.
Düzdür, Vüsal İnarəylə barışmağı çox istəyirdi, amma qayıtdı ki, imkanın olmayan vaxtı, hələ qabaqdan da Novruz gəlir, iphone almaq mənim hansı günümə yaraşar?
Tural amma dayanmırdı: məişət texnikası 18 ay faizsiz, komissiyasız, tv və ev tekstili 18 ay faizsiz, komissiyasız, mebel isə 24 aylıq faizsiz, komissiyasızdır. Get mağazaya, yaxşı variantdır, nəsə al, özün də yazığı incitmə. 8 martdan da qabaq arvaddan küsərlər?
Vüsal fikirləşdi ki, onsuz da evdə televizoru dəyişmək lazımıydı, əvvəl-axır almalıyam. Elə bunu İnarəyə hədiyyə bəhanəsiylə alım. Həm arvadın könlü xoş olsun, həm də mən ikiqat xərcə düşməyim.
Elə bunu fikirləşirdi ki, Tural ona təzədən zəng elədi. Vüsü, sən də lomsan e, sənin telefonunda onsuz da Tiktoku 2 dəfə yazmaq olur. Birini arvad üçün saxla, içində ümumi şeylərə bax. Bir dənə də parolla təzə papka yarat, qızlara baxdığın ikinci Tiktok profilini isə o papkanın içində saxla. Papkanın adını da “CORPORATE files” qoy, İnarə bacı birdən soruşsa deyərsən ki, şirkətə aid dokumentlərdir, işdə İT-şniklər yazıblar, ora girmək üçün hər dəfə onlardan parol almalıyam.

Bənzər Məqalələr

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

#günlərinbirgünü 45 nəfərlik işçisi olan MMC-lərin birində rəhbərlik dəyişdi. Kimi dedi ki, guya köhnə firmanı “yuxarıdakılar” alır, kimi dedi şirkətin yiyəsinin borcu varmış, qaytara bilmədiyinə görə firmanı verib. Şirkətdə hər şeyi bilən müdirin katibəsi belə söhbətdən xəbərsiz idi. Sadəcə direktor bir gün hamını yığıb dedi ki, həm təsisçi dəyişir, həm də mənimlə baş mühasib sabahdan çıxıb gedirik, təzə adamlar gələcək....
media-1-59

“Yevlax uşaqları başqa cür olur“ – deyə tez-tez təkrarlarlayan Şahini həyatda bəxtigətirmiş adam saymaq olardı. 25 yaşlı, normal xarici görünüşlü, hansısa BOKT-da əməliyyatçı işləyən, atasının hələ 5 il əvvəldən qızı üçün ayrıca aldığı 2 otaqlı novostroyka evi də olan Sevərlə ailə qurmuşdu. İndiyə qədər kirayə verib aldıqları pulu Sevərə cibxərcliyi verirdilər, Şahinlə tanış olandan sonra demişdilər ki, toydan 1 ay...
media-dall-e-2023-10-27-11-33-39-2d-illustration-showcasing-the-vibrant-streets-of-baku-a-modern-25-year-old-azerbaijani-boy-dressed-in-contemporary-clothing-walks-with-confidence