#indihardasa

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib. Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez...
media-1-6

İndi hardasa həyatda ən böyük uğuru papasının yeganə qızı olmaq olan,ailədə 14 il sonra dünyaya gəlmiş, instagram adı @Miss__9999 olan, biosunda «Девушка из рая No Direct!” yazısı adamın gözünə girən 22 yaşlı Arzu rəfiqəsi ilə elə instagramda tapdığı lounge-ların birində kartof fri yeyərək, qeybət qırır. Telefonun bildirişlərində “Kamran insta” kontaktından “hardasan??” mesajı görünür. Mesajı açmadan podruqasına göstərib deyir ki, bu...
media-1-11

İndi hardasa həyatda ən böyük uğuru “xalxın uşağı” olaraq göstərilmək olan, atasının “a bala oxumasan zibil daşıyan olacaqsan” sözünü yeməməkçün universitet oxumuş, işi, maaşı hamıya naməlum olan, qohum əqrabayla buz kimi münasibət saxlayan 29 yaşlı Anar,. 12 il sonra sinif yoldaşları ilə görüş yerinə, narahat olsa da onu fərqli göstərən geyimlə gedir. Sinif qızları hamı evli olduğundan gəlməyiblər, bir tək...
media-1-13

İndi hardasa bütün günü qabağında kalonkada “dostum itirsən məni hardan tapacaqsan məni” mahnısı gedən, instagram səhifəsi Star__telecom_ olan, Star telefon dükanında işləyən, aşağısı poliverin üstündən qolsuz balonka kurtka geyinən, sevgilisinin adını telefona iki nöqtə olaraq qeyd edən, bütün danışılan söhbətlərə dair hekayəsi olan Qurban kontinktən bir diş vurub içəri girən müştəriyə usta yoxdur birazdan gələcək cavabını verir. Müştəri də, atası...
media-1-14
Daha çox yüklə
loading