#günlərinbirgünü

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

#günlərinbirgünü 45 nəfərlik işçisi olan MMC-lərin birində rəhbərlik dəyişdi. Kimi dedi ki, guya köhnə firmanı “yuxarıdakılar” alır, kimi dedi şirkətin yiyəsinin borcu varmış, qaytara bilmədiyinə görə firmanı verib. Şirkətdə hər şeyi bilən müdirin katibəsi belə söhbətdən xəbərsiz idi. Sadəcə direktor bir gün hamını yığıb dedi ki, həm təsisçi dəyişir, həm də mənimlə baş mühasib sabahdan çıxıb gedirik, təzə adamlar gələcək....
media-1-59

“Yevlax uşaqları başqa cür olur“ – deyə tez-tez təkrarlarlayan Şahini həyatda bəxtigətirmiş adam saymaq olardı. 25 yaşlı, normal xarici görünüşlü, hansısa BOKT-da əməliyyatçı işləyən, atasının hələ 5 il əvvəldən qızı üçün ayrıca aldığı 2 otaqlı novostroyka evi də olan Sevərlə ailə qurmuşdu. İndiyə qədər kirayə verib aldıqları pulu Sevərə cibxərcliyi verirdilər, Şahinlə tanış olandan sonra demişdilər ki, toydan 1 ay...
media-dall-e-2023-10-27-11-33-39-2d-illustration-showcasing-the-vibrant-streets-of-baku-a-modern-25-year-old-azerbaijani-boy-dressed-in-contemporary-clothing-walks-with-confidence

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?”...
media-dilare

Qudurublar bunlar – deyə özlüyündə fikirləşən, 45 yaşlı, 2010-larda yaxşı pul qazanmış, indi isə biznesi balacalaşmış kiçik İT-şirkətinin direktoru Mərdan müəllim 1 ay əvvəl yaman əsəbiləşmişdi: Dünənki uşaq-muşaqlar bugün gəlib mənimlə yuxarıdan danışırlar. ”Maaşımız azdır, ya onu 50% qaldırın, ya da çıxırıq işdən” deyən bu 2 düdəməyə bax. Yüz faiz hamısı o veb-dizayner İqbalın işləridir. Yerində heç vaxt sakit durmur,...
media-untitled-design-63

34 yaşlı, distribütorların birində ofis işçisi olan Vüsalın kefi yoxdur. Arvadı İnarəylə çox dəxlisiz vaxtda küsmüşdü. 3 martda araları dəymişdi. Vüsal axır vaxtlar Tiktokda çox vaxt keçirirdi, bütün günü orasını-burasını açıb göstərən qızların profillərinə baxırdı. İnarə əvvəl buna fikir vermirdi, amma bir dəfə təsadüfən ərinin telefonunda Tiktoka girəndə gördü ki, sən demə Vüsal ucuzlu-bahalı, kifirli-göyçəkli, zövqlü-zövqsüz (daha doğrusu hamısı zövqsüz)...
media-2d-illustration-of-azerbaijani-office-worker-man-feels-sad-at-office-sad-colors-187821289