Vebsayt düzəldən agentlikdə baş verənlər

media-untitled-design-63
Qudurublar bunlar – deyə özlüyündə fikirləşən, 45 yaşlı, 2010-larda yaxşı pul qazanmış, indi isə biznesi balacalaşmış kiçik İT-şirkətinin direktoru Mərdan müəllim 1 ay əvvəl yaman əsəbiləşmişdi:
Dünənki uşaq-muşaqlar bugün gəlib mənimlə yuxarıdan danışırlar. ”Maaşımız azdır, ya onu 50% qaldırın, ya da çıxırıq işdən” deyən bu 2 düdəməyə bax. Yüz faiz hamısı o veb-dizayner İqbalın işləridir. Yerində heç vaxt sakit durmur, həmişə narazıdır. Yəqin proqramçı Sabirin də başını yeyib, gəlib indi məni şantaj edirlər. Pah, qorxdum
Mərdan müəllim 15 dəqiqə ərzində onların necə çətin dolandığını, bazarda maaşların artdığını, yemək pulunun qalxdığı haqda uzun-uzadı danışıqları ilə əslində razı idi. İqbalın “ipoteka bir tərəfdən, körpə doğulandan sonra baxmaq o biri tərəfdən” deməsini də ürəyində anlayırdı. Amma içindəki eqo imkan verməmişdi ki, uşaqların maaşını qaldırsın. Axırda sakit, bütün günü qulağında nauşnik kod yazan Sabir də dillənmişdi:
– Mərdan məllim, indi proqramçılara azı 2000 maaş verilir, inanmırsızsa girin özünüz https://busy.az/ saytında da iş elanlarına baxın, Neçə aydır dözürük, amma bu maaş sərf etmir.
Mərdan müəllim isə bunların 10 dəqiqəlik danışığından sonra sadəcə “Qapı açıqdır” deyib onlara çıxışı göstərmişdi. Uşaqlar da eləmə tənbəllik, Mərdanın bu sözündən sonra ərizələrini yazıb çıxmışdılar.
Uşaqlar ərizəni yazan kimi Mərdan başqa namizədlər axtarmağa başlamışdı. Amma heç kim onun verdiyi maaşa gəlmək istəmirdi. Cəmi 1 nəfər distant işləməyə razı idi ki, ona da Mərdan narazı idi: “İşçi gözümün qabağında olmalıdır”. Fikirləşmişdi ki, eybi yox, 1-2 həftəyə təzə adam tapılar. Amma növbəti həftə ərzində o, yeni adam yox, pis xəbər aldı.
Studiyaya korporativ sayt sifariş vermiş bir tikinti şirkəti Mərdangillə işləməkdən imtina etmişdi. Məsələnin dərinliyini öyrənmək istəyəndə məlum olmuşdu ki, İqballa Sabir gedib özlərinə təzə veb-studiya açıblar, özləri birbaşa müştəriyə daha aşağı qiymətə sayt yığmaq təklif ediblər.
Əsəbindən partlayan Mərdan həm də ondan narahat idi ki, digər müştərilərə verdiyi dedlayn yaxınlaşırdı. Yalandan müştərilərə deyirdi ki, narahat olmayın, tezliklə hazır olur proyekt, amma əslində isə təzə işçi tapmadığından ləngiyirdi. Axırda project manager məsləhət görmüşdü ki, frilans olaraq proyekti qoy Sabirlə İqbal yekunlaşdırsınlar. Onsuz da saytın əvvəlini özləri yığıblar, elə kak raz özləri də bitirərlər.
Başqa yolu olmadığından Mərdan da razılaşmışdı. Bugün isə şirkətdə həm mühasib, həm də HR işlərini görən Vəfa xanım gəlmişdi.
– Mərdan (ofisdə yalnız o “müəllim” sözünü əlavə etmirdi), işlər yaxşı deyil. Həm uşaqları çıxartdın, başqa proyektləri götürmək mümkün olmayacaq, həm tikinti şirkətinin zakazı əldən getdi. Özün də indiki işlərin qutarması üçün onlara xeyli pul vermisən, ikiqat stavkayla. Luçşe elə əvvəldən maaşlarını artırardın.
Mərdan sakitcə onu dinlədi, bir 5-10 dəqiqə də başqa işlərdən danışıb sonra kabinetində tək qaldı. Özünü lox kimi hiss edirdi. Həm ikiqat pul verəsən, həm də işçi səninki olmaya. İqballa Samirlə son görüşü, onları necə yola salmaqları yadına düşdü. Sonra Youtube-da axtarıb Ədalətin “Bağlıdır eşqin qapısı üzümüzə” mahnısını tapıb qulaq asmağa başladı.

Bənzər Məqalələr

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

#günlərinbirgünü 45 nəfərlik işçisi olan MMC-lərin birində rəhbərlik dəyişdi. Kimi dedi ki, guya köhnə firmanı “yuxarıdakılar” alır, kimi dedi şirkətin yiyəsinin borcu varmış, qaytara bilmədiyinə görə firmanı verib. Şirkətdə hər şeyi bilən müdirin katibəsi belə söhbətdən xəbərsiz idi. Sadəcə direktor bir gün hamını yığıb dedi ki, həm təsisçi dəyişir, həm də mənimlə baş mühasib sabahdan çıxıb gedirik, təzə adamlar gələcək....
media-1-59