#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
#istiyirəm
İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
#isdiyirəm ki, 37 yaşlı, evində 2 uşağı olan kanalizasiya ustası Ziyəddin olum. Həmişə də zarafatla deyim ki, pulum poxdan çıxır. Həmişə də arzu edim ki, Bakıda qar-yağış yağmasın. Onlar olanda işim həmişə çox olur, icra hakimiyyətindən tutmuş yol polisinə qədər hamı bizim idarəni yığır. Novostroykaları da bəyənməyim, deyim ki, ən yaxşısı həyət evidir. Ən çox da məni köhnə 9-mərtəbəli sovet...
#istiyirəm ki, Bakıda ən yaxşı, sayılıb-seçilən 5 maşın ustasından biri olum. Adı olmayan bir profilaktoriyada işləyim, amma hamı buranı “usta Əfqanın obyekti” kimi tanısın. Əllərim qızıl olsun, hər növ maşınların öhdəsindən gəlim. Həmişə özümə söz verim ki, sabah 12-də gələcəm işə. Amma səhər 10 olan kimi müştərilər zəng edib xahiş-minnət eləsinlər ki, qurban olum, bir az tez gəl, bunu tez...
#istiyirəm ki, pediatr olum, qəbulum da 45 manat. Kabinetin qapısından hər gün səhərdən 3-ə qədər körpə uşaqların ağlamaq səsi əskik olmasın. Assistenim də Zülfiyyə olsun, mən ona Zulya deyim. Xəstələrin əvvəldən qəbulunu, növbəni o tənzimləsin. İşə gələndə deyim ki, Zulya bugün növbə çoxdur? O da desin ki, doktor, həmişəki kimi. Prosto bir dənə rayondan gələn ailə var, onu birinci yola...
#istəyirəm 6 ayın əsgəri olum. Adım da Cəfər. Məhlə uşağım Aqşin mənə dəyməyə gələndə yarım qril, bayat təndir çörəyi və fanta duşes gətirsin. Desin ki, rahat ye, doymasan qabağda maqazin var, başqa şey alaram. Mən də deyim ki, narahat olma, bayaq Mәlikovun anası dolma göndərmişdi rayondan, onu yemişik. Sonra Aqşindən telefonun alım istədiyim qızı yığmaq üçün. Qızın adı da Lalə....
Daha çox yüklə