İnteryer dizayner olmaq istiyirəm

media-interyer-dizayner

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim.

Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim.

Əsas da xarici görünüşə fikir verim. Son vaxtlar moda minib (daha doğrusu mindirmişəm), hər yerdə ağ qapılar qoyum. Kraskanın, oboyun, laminatın ən ucuzundan alım, tələbkar müştəri olanda da deyim ki, “onsuz da 4-5 ildən sonra təzədən təmir edib evi osvejit eləyəcəksiniz. Yalandan niyə gedib bahalı material alasınız ki? Elə yaxşısı budur.” İmkanlı müştəri olanda mətbəxdə mərməri, keramoqraniti daha çox işlədim.

Ən çox sevdiyim iş isə 2 otaqlı evləri 3 otağa peredelka etmək olsun. Mətbəxi çox vaxt elə koridorda qoyum, əvəzində mətbəxi ayrıca bir yataq otağı eləyim. Ev sahibinə də deyim ki, ”görün nə yaxşı oldu, 2 otaq almışdınız, amma 3 elədim”.

Özümün də standart işlədiyim maklerlər, ustalar, material satanlar olsun. Elə bir gün də laminat ustası Firidun mənə video atsın ki, ”Youtube-da təzə kanal açılıb, adı BusyTalks, içində interyer dizayner danışır, bax, öyrən”. Mən də videoya axıra qədər baxım, əslində ordakılarla razılaşsam usta Firiduna qolosovoy mesaj göndərim. “Ay Firi, bunlar yalandan qiymət artıran dizaynerlərdir. Vallah mənim elədiyimin  heç üçdə birini edə bilmirlər. Hər oğlanın işi deyil 2 günə 4 otaqlı evin dizaynını noldan düzəltmək”. Səsi göndərəndən sonra da kanala abunə olmaq düyməsinə vurum hər ehtimala qarşı, xoşuma gəldi nəsə.

Oturum rus saytlarında qəşəng ev dizaynlarına baxım, arzu edim ki, mən də belə qəşəng evlər düzəldərəm. Elə bu vaxt makler Fərid zəng etsin ki, “ay Sabir, bu unitazın hər tərəfindən 15 sm boş yer qoy da…Evi alanlar sonra hamısı narazılıq edir.”

Bənzər Məqalələr

#istiyirəmki , Bakıda ən yaxşı, reytinqi 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç bir fərqi yoxdur. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi təyinatı dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını veririm. Çünki çox vaxt planının xəritədə vurduğu lokasiyaya uyğun olaraq fərqli olur. Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən...
media-f86f2668-9c50-4ab3-8b3a-99920ee1d4be

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter