#Buvaxtlarda nazirliklərin birində vəzifəcə 6-cı adam olan 35 yaşlı Fuad müəllim işdən çıxıb S-klassın arxa sidelnikində oturaraq evinə qayıdır. Maşında hansısa radiodan milli caz mahnısı gəlir: uzun müddətdir maşının şoferi olan Muxtar artıq rəisin təxmini zövqünü bilir. Fuad telefonunda dalbadal gələn mesajlara baxır. Nazirlikdə elə bil hamı sözləşib ki, iş saatlarında yığılıb qalmış bütün e-mailləri gərək mütləq günün sonunda göndərsinlər....