Məktəb illərinə qaytımaq istəyirəm
İstəyirəm 2010-cu ilə qayıdıb, 10b sinif şagirdi Ruslan olum. Axırıncı dərs bədən tərbiyədir deyə, dərsə altdan sportivni geyinim gedim. Çantada ən altda ketalarımı qoyum, üstünə də kitablar. Sinifdə xoşuma gələn Lalənin gəlib bizim futbola baxması üçünüçüncü dərsdən başlayım ki, qızlar qırğın futbol olacaq gəlin siz də baxın. A sinifinin qızları həmişə gəlirlər, o yandan adaşım olduğu üçün soyadı ilə çağırılan Əzimzadə (əzim əzim deyirlər uje) desin ki, sən nə bilirsən futbol nədi. Pərt olsam da bildirmiyim, cibimdən i Sony Ericsson k750ni çıxardım ki, axırıncı oyunumuz burda var görünür kim oynuyur kim yox.
Qızların içində heç kimlə yola getməyən, mailruagentdə niki “ПрИнЦеСсА иЗ РаЯ” olan, məktəbə atasının qara maşınında gəlib gedən, sinifdə ən bahalı telefonu işlədən və heç kimə nömrəsini verməyən Rəfiqə dillənsin ki, siz düşüb oynayacaqsız biz baxacayıq? Mən onsuz Ulduz məllimənin yanına getməliyəm elə tez gedərən də, deyə-dəyə dəftərlərini stolun üstünə perpendikulyar cırpıb sumkasına atsın.
Həmişə qulağında nauşnik olan, kimi gördüsə 62-33lə səs yarışması edən, içində “girmə, şəxsidi, dedim girmə” iç içə papkaları olan, üstündə həmişə əlavə 128 meqabaytlıq yaddaş kartı gəzdirən, məktəbə bir il gec getdiyi üçün bütün sinifdən böyük olan və heç vaxt futbol oynamayan Vaska deyə çağırılan Vasif, başlasın ki, mən də oynayacam bu səfər. Bütün oğlanların qanı qaralsın.
Elə bu moment fizika müəllimi, bayramlarda pul yox, gül filan veriləndə kefi pozulan, dövrünün zloy fond pulu yığanlarından olan Zenfirə müəllimə sinifə qəfildən daxil olsun ki, görsün ki, lövhədə 10A yek, qalanları qaz”deyə bir yazı var, baxıb başını yelləsin, desin ki, lövhənin halına bax da, bir dəfə mel alıb gətirməyiblər e. Elə bu anda məktəbin həyətində aşağı siniflərlə tinburun ayaqqabıyla futbol oynayıb, özünü sevdiyi qıza göstərdiyi üçün dərsə gecikmiş Nahid, tərs suyun içində qapını açsın ki, müəllimə olar?