Bizdə də əvvəl elə idi
İstiyirəm hansısa Nazirlikdə işləyən 35 yaşlı, ən sevdiyi mahnı Aleksandr Serov un ” Ya lyublu tebya do slyoz” mahnısı olan, səbəbi heç kəsə məlum olmasa da oğlunu qılınc oynatmaya qoyan, yeni ildə ” slyoqkim parom” a baxan, blogerlərin heç birini izləməsə də sırf rus dilli olduğu üçün ” oyy Alixan oçen semeşnoy paren ” deyən, ayfon 6 S + rose gold işlədən, kaktusun kompüterdəki şüanı özünə çəkdiyinə inanan, telefonunun kabrosu domino qabına oxşayan, telefonun ekran şəkli Rusiyada 2004-cü ildə bacısı ilə, Kremldə yerdə dığır-dığır daşlar olan tərəfdə əllərində qızılgül olan, (özü də Kreml tam düşməyib, bir nəfər də deməyib ki, ay bacı bir az sağa keç), 6-ci sinifdə oxuyan, qolunda çox dəxlisiz başı boyda elektron saatı olan ( 3 dənə knopkanı basırsan ayın tarixini göstərir, saatı dayısı Rasiyadan rajdeniyasına padarka eliyib) böyüyəndə “poliçeyski” olmaq istəyən Həsənin anası, hamının Fira dediyi Firəngiz xanım olum.
Belə isti günlərin birində işə gəlib çantamı masaya qoyub mətbəxə keçim, starbucks-dan aldığım su qabını doldurub içinə mənşəyi naməlum rəngbərəng bitkilər və bir qədər də nanə əlavə edəndən sonra otağa keçib kompüteri yandırım. Windows yanana kimi, sənəd dalınca gələn, heç bir təhsili olmayan, rus dilini bilməyən, hər kəslə mehriban davranan 55 yaşlı Akif dayı içəri girib desin ki ” Bura da yaman sərindi, evdə də bizim uşaq belə soyuğa qoyur yoldaşım xestələnib uje” . Mən də deyim ki, “Bizdə də əvvəl elə idi, patom Qasanı da yazdırdım plavaniya, daxa həstələnmir, xərbi hidməti də asan olar. Paliçeyski olmah isdiyir mama qurban”