#statuslar

Bu skorostun üstünә mәşәddәn gәlmiş tәsbeh keçirilir, podpresin әn yuxarı sol küncündә vandamın şəkli olur 3 il əvvəlin kalendarı ilә. İçәrdә hәmişa ya muğam gedir ya da Baloğlan Əşrəfovun mahnıları. Şoferin dediyinә görә alandan bu yana yarı yolda saxlamayıb, soruşursan nә әcәb belәdi, deyir vaxtında yağın dәyişirsәn, ustaya aparırsan baxır. 89-cu ildən bəri sürür. Hәr gün sәhәr nәvәsini mәktәbә aparır....
media-1-42

Q.Qarayev adına musiqi məktəbinin dördüncü ilini yaşayırdım. Bizə insanlığın aşılandığı dövrlər idi. Dünyanın düz, qara bəxtimizin çirklənməmiş vaxtı idi. Bir gün xor zalına üç nəfər qalstuklu, üzlərinin nurunu saxta təbəssümlərin badına vermiş kişi girdi. Direktor axtarırdılar. Bir qədər sonra məlum oldu ki, bizi fiziki məhdudiyyətli insanların sığınacağına konsert verməyə aparacaqlar. O vaxtı bu cümlədən başa düşdüyüm tək söz “insanlar” idi....