Russkiyazıçnı Fira xanım
İsdirəm hansısa Nazirlikdə işləyən 35 yaşlı, ən sevdiyi mahnı Aleksandr Serovun ” Ya lyublu tebya do slyoz” mahnısı olan, səbəbi heç kəsə məlum olmasa da oğlunu qılınc oynatmaya qoyan, yeni ildə ” slyoqkim parom” a baxan, blogerlərin heç birini izləməsə də sırf rus dilli olduğu üçün ” oyy Alixan oçen smeşnoy paren ” deyən, ayfon 11 işlədən, kaktusun kompüterdəki şüanı özünə çəkdiyinə inanan, telefonunun kabrosu domino qabına oxşayan, telefonun ekran şəkli Rusiyada 2004-cü ildə bacısı ilə, Kremldə yerdə dığır-dığır daşlar olan tərəfdə əllərində qızılgül olan, (özü də Kreml tam düşməyib, bir nəfər də deməyib ki, ay bacı bir az sağa keç), oğlu 6-ci sinifdə oxuyan, qolunda çox dəxlisiz başı boyda elektron saatı olan ( 3 dənə knopkanı basırsan ayın tarixini göstərir, saatı dayısı Rasiyadan rajdeniyasına padarka eliyib) böyüyəndə “poliçeyski” olmaq istəyən Həsənin anası, hamının Fira dediyi Firəngiz xanım olum.
Belə yaz günlərin birində işə gəlib çantamı masaya qoyub mətbəxə keçim, starbucks-dan aldığım su qabını doldurub içinə mənşəyi naməlum rəngbərəng bitkilər və bir qədər də nanə əlavə edəndən sonra otağa keçib kompüteri yandırım. Windows yanana kimi, telefonda qurdalanım, 10 mesajından birinə gülmək smaylık atdığım Намиг Иш kontantkının statuslarına baxım whatsappda. O da yazsın ki, Eziz kiwiler 8marta ne almaq isteseniz gedin kontakt homa telefon televizor mebel faizsizdi. İsteyen olsa mene desin orda taniw var deyim qapiya getirsinler lap. Mən də əlimdəki iphone 11ə reply edim ki, Намиг бу не кaмпанияды? O da mənə 51 saniyəlik səs atsın 1.5x-lə açım, Fira salam, men indi za rulyomam, yaza bilmirem,vobşem orda belədir də martın 9-na kimi kampaniyadı. Onlar da xemişe olur da bayram kampaniyalari. İndi də poçti her shey faizsizdi. Ele senin telefonun ilkin ödenişsizdi. Qetdin o qeder pul verdin, qözleyeydin gerek. Vobşem tam vsyo yest bez proçentov. Men de ele Naraya(həyat yoldaşıdı Nərmindir adı, bütün günü seriala baxır) ütü var Philips 80 manata düşüb qiymeti ondan alacam. Qör kişiye ne aldira bilirsen fürsetdi. Səs qurtarsın, cavab yazmaq istəyəndə Windowsumun hər açılanda gələn error səsinə başımı qaldırım, bu an hər ay sənəd dalınca gələn, heç bir təhsili olmayan, rus dilini bilməyən, hər kəslə mehriban davranan 55 yaşlı Akif dayı içəri girib desin ki ” Bura da yaman sərindi, kondisioner yandırın da, biz eləmədik yoldaşım xəstələnib uje” .
Mən də deyim ki, “Bizdə də əvvəl elə idi, patom Qasanı da yazdırdım plavaniya, daxa həstələnmir, xərbi hidməti də asan olar. Paliçeyski olmah isdiyir mama qurban”