Nəvəmin ad günündən…

media-1-34

#İstəyirəm əslən qarabağlı olan, yoldaşı, nəvəsi, oğlu və gəlini ilə yaşayan 58 yaşlı Qələndər dayı olum. Mənim adımı daşıyan nəvəmin ad günündə, bacanağım İsfəndiyar, sol əl barmağında qara qaşlı dini üzük, sağ əlində araqla dolu rumkanı qaldırıb “Qələndər, nə dəə bilərəmki, elə bu balıya ən bööh hədiyə sənin adındı. Həyat elədiki, indi uşaxlar telfunnan yekəlir” deyib mövzunu itirsin. Mən də əlimdə rumka, ürəyimdə də, əə di kutar dana eşşəh İsfəndiyar deyim.

Bu anda nəvəm gəlib qulağıma nəsə desin. Hamı başa düşsün ki, 1 manat istəyir. Mən də “bəax verdim dana başaa dönüm “deyib, yoldaşıma göz altı dalni blijni marqat eliyim. Nənəsi uşağı dartıb aparanda, İsfəndiyar əlini cibinə atıb, “əə dəəən ee dəəən, Qızbəs bajı, hammız uşağ olmuşuxdana xatırna dəymə” deyib 1 manat versin. Qızbəs də “nə xəjələt verirsən eyy İsi qağa, elə bəax dədəsi bir beşdih vermişdi, uşaxdidayna pis örgəşir”desin.

Elә bu dәm mәclisә gecikmiş kürәkәn Cavidan gәlsin, otağın qapısında dayanıb әlini qaldırıb havaya sağdan sola bir dәfә yelliyib day bir bir öpüşmürәm dә, neynirsüz necәsüz deyib, yer olmadığı üçün elә qapıya söykәnib, o biri әlindәki Bizon Energy-ni açsın, desinki, mәn araq içmirәm dә, mәnimki budu ay İsfәndiyar dayı. İsfәndiyar da, aa uşağa yer eliyindana deyib göz ağartsın və ayağa durub əlinin çətinliklə çatdığı yerdən heyva kompotunu götürüb arxasından ovucuyla vurandan sonra qapağını açmağa çalışsın.

Bənzər Məqalələr

#istiyirəmki , Bakıda ən yaxşı, reytinqi 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç bir fərqi yoxdur. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi təyinatı dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını veririm. Çünki çox vaxt planının xəritədə vurduğu lokasiyaya uyğun olaraq fərqli olur. Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən...
media-f86f2668-9c50-4ab3-8b3a-99920ee1d4be

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1