İqrar dayı olmaq istəyirəm
#İstəyirəm yaşı 55+ olan, sovet vaxtı rayondan gəlib Bakıda Nəsimi bazarının yanındakı peşə məktəbində televizor ustalığı oxuyan və bunu bütün kəndə Politexnik universiteti kimi təqdim edən, 90 larda ölkədə itin yiyəsini tanımadığı vaxtlarda rayondakı danalardan ikisini satıb jekə ərazi mühəndisi düzələn və hazırda həmin jekin müdürü olan İqrar dayı olum. Rayondakı bütün qohum-əqraba meclislərdə mənə və ili 2007 olan boz pradoma hörmət eləsin.
Qardaşım nəvəsinin universitet kampaniyasında “bardovıy” rəngli tuflim və qarnımın altında itən remenimlə iştirak edim. Süfrədə bütün nəsil mən danışanda ağzıma baxsın. Söhbət tələbəlik illərindən düşəndə deyim ki,” İndi çox hasattı, burdan irayona yığırkın dədə yolla yeyim. Biz talabalih vaxdı Bakda şamın şığında imtahan çatdırmaxdan ötəri zulum çəkirdih. Heç inan Allaha xaladelnikimiz də olmurdu, bir günlük yağ alırdıx nə yedihsə yedih” Söhbəti qutaran kimi qudam mənə qayıtsın ki, “Rakifin ili n-dadı, l-dadı?” Mən də deyim 6-cı ay.
Bu söhbətin davamında məclisin ayağında oturan 23 yaşlı Rəşad istədiyi qıza mesaj yazsın ki ” dəlisən Səbiw? Ne qiz?) Hamisi qohumdu” Bir az içib gicəllənəndən sonra kürəkənim mənə desin ki, İqrar məllim ( vurğu İqrar sözündəki “İ” hərfinə düşür) sa bir sual verim” Mən də feyxoa kompotunun şuşəsini süfrədən sol əlimlə atıb sağ əlimi keçirib dalından vurub qayıdım ki ” ə ikisin ver” elə bu moment gələn qonaqlardan birinin yaş yarımlıq nəvəsi, əynində qırmızı kalqotka, qabağında spaydırmenin şəkili olan kofta, ağzında soska olan Tunar balamız gəlib soska qarışıq corabıma qussun