Kanalizasiya ustası olmaq istəyirəm

media-untitled-design-57
#isdiyirəm ki, 37 yaşlı, evində 2 uşağı olan kanalizasiya ustası Ziyəddin olum. Həmişə də zarafatla deyim ki, pulum poxdan çıxır.
Həmişə də arzu edim ki, Bakıda qar-yağış yağmasın. Onlar olanda işim həmişə çox olur, icra hakimiyyətindən tutmuş yol polisinə qədər hamı bizim idarəni yığır.
Novostroykaları da bəyənməyim, deyim ki, ən yaxşısı həyət evidir.
Ən çox da məni köhnə 9-mərtəbəli sovet evlərinin aşağı mərtəbəsində yaşayanlar çağırsın. Hamı da zəng edəndə ilk sözləri “Usta, sən allah, …” sözü olsun. “Usta, sən allah, bir az tez gəl, evi bütün su apardı”, “Usta sən allah, o işini yarımçıq qoy, tez gəl bizim evi həll elə”.
Xüsusən də xanımlar zəng edəndə özümü lap supermen kimi hiss edim. Bütün problemləri həll edən, hamının ümi yeri olan o qəhrəman mən olum.
Özümə də həmişə bahalı ətir arzulayım. Ürəyimdə tutum ki, kaş məndən də Teymur Əliyevdə o villanın yiyəsindəki ətir qoxusu gələrdi. Amma heç vaxt da bahalı ətirim olmasın. Çünki, özüm də başa düşürəm ki, mənim peşəmlə bahalı duxu uyuşmaz, mən elə ucuzvari odekolonlar, uzaqbaşı qramla ucuz parfüm yağları özümə çatdıra bilərəm.
Evlərdə kanalizasiya borusunu düzəldəndən sonra da deyim ki, amma sizin su sisteminiz pis gündədir, mütləq yaxşı santexnik lazımdır sizə. Eyni kənddən olan, uzaq qohumluğum düşən Vəfadarı həmişə məsləhət görüm.
Borc pul istəyəndə Vəfadar imtina edəndə də, telefonu yerə qoyub onu söyüm. O qədər kliyent vermişəm, çörəkpulu qazandırmışam, bu da Vəfadarın sağolu.
Həyatda ən böyük düşmənim də işlənmiş prezervativləri unitaza atan adamlar olsun. Getdiyim evlərdə kişilər (yanında qadın olmayanda) deyim ki, qardaş, mədəniyyət başqa şeydir, o vilka-bıçaqla ölçülmür, gərək qanacaq olsun. Bu zibili başqa yerə atın da, gərək imennoy unitaza atasınız?

Bənzər Məqalələr

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter

#istiyirəm ki, Bakıda ən yaxşı, sayılıb-seçilən 5 maşın ustasından biri olum. Adı olmayan bir profilaktoriyada işləyim, amma hamı buranı “usta Əfqanın obyekti” kimi tanısın. Əllərim qızıl olsun, hər növ maşınların öhdəsindən gəlim. Həmişə özümə söz verim ki, sabah 12-də gələcəm işə. Amma səhər 10 olan kimi müştərilər zəng edib xahiş-minnət eləsinlər ki, qurban olum, bir az tez gəl, bunu tez...
media-untitled-design-64