Tipik oxumayan BDU tələbəsinin bir günü

media-1-16
İsdiyirəm 2 il əvvəl Bakı Dövlətə qəbul olsam da universitet üzünü bugün görən, ən böyük elmi bəhsim Messinin Ronaldodan daha yaxşı olduğunu sübut etmək olan, bütün günü turboazda prioraların qiymətiylə maraqlanan 20 yaşlı Nurlan olum.Dal cibimdə bükülmüş təzə dəftər, kreditini atam ödəyən İphone 11-lə instagramda aşağı yuxarı gəzərək inistitutun həyətində siqareti söndürüm, atım yerə. Arada girim whatsappa Günel❤️ kontaktına alt-alta son yazdığım
“niye buraxmirlar seni
hansi mellimdi o
gelim?
Nooldu?”
mesajının oxunub oxunmadığını yoxlayım.
Bu yandan da qrupda hamıyla arasını açıq eləyən, həyatda ən böyük uğuru şot yazıb 3 manata 54 manat udmaq olan, ondan bundan borc istəyəndə “papaya özüm demirəm” deyən Elvin gəlib başlasın ki, “qaqa siz elmlərdə neçə nəfər qalırsız, yer varsa mən də gəlim”. Mən də bunu qırmaq üçün deyim ki, ” Brat sizə qismət, papa ev götürüb xırdalanda inşallah köçürəm gələn ay ora, xırda-para işləri qalıb” O da qırıldığını hiss edib desin ki, “belə brat bizim də burda evimiz var e, prosto mən özüm uşaqlarla qalmaq istəyirəm” Dalıyca da məndən sabah qaytarmaq adıyla heç vaxt qaytarmayacağı 1 manatı alıb, uzaqlaşsın. Mən də səssizdə olan telefona baxım ki, bildirişlərdə Günel 2 dəfə zəng vurub, aşağıda da
“Nurlan cixdim hardasan?
Nurlaaaaan
Nurlan baxda bu telefona
eeee
men gedirem
getdim”
mesajları görünsün.

Bənzər Məqalələr

#istiyirəmki , Bakıda ən yaxşı, reytinqi 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç bir fərqi yoxdur. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi təyinatı dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını veririm. Çünki çox vaxt planının xəritədə vurduğu lokasiyaya uyğun olaraq fərqli olur. Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən...
media-f86f2668-9c50-4ab3-8b3a-99920ee1d4be

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1