Şmotka satan mağaza satıcısının həyatından bir gün

media-2d-illustration-of-azerbaijani-30-years-clothing-seller-wearing-jeans-and-white-shirt-in-clothing-st-400611
#İstəyirəm vasmoyda pal-paltar işinə baxan 30 yaşlı Qarabağ ləhcəsiylə danışan, bir dəfə Rusiyada şumotka işində batırıb ölkəyə qayıdandan sonra ora ayaq qoyana özü barədə söyüş qoyan, telefonun ekran şəklində Azerbaycan gerbi ( hardansa screen edib deyə şəkildə saat və vayfay işarəsi də var) , vatsap statusu ” Pulun olanda dostların bilir sən kimsən, olmayanda sən bilirsən onlar kimdi” olan, boz nazik Want çəksə də toya gedəndə ağ qalın Sabraniya alan qaqaş olum.
Telefonda gülməli və söyüşlü videoya baxıb satıcım Faiqə də göstərdiyim yerdə iki nəfər cavan oğlan girsin içəri. Reski videonu saxlayıb durum ayağa ki, qaqa buyur xoş gəlmisiz. Qaqaşlar köynəklərdən birini seçsin, köynəyi bəyənən yanındakına desin necədi Mıtı? Mıtı da desin ki, o döül e manıs ( ürəyimdə deyim ki, Mıtı sən sox da 5 dəyqə)
Bu moment kafeden bir qaqaş əlində padnos, padnosda yemək, bakalda ayran gəlsin ki, kartoşka toyuq demişdin də hə ? Mən də deyim ki, hə qoy ora, kilent var. Faiqə də qayıdım ki, ona 7 manat ver. İki də dünənki çayın pulu. Kafedən gələn qaqaş mənə qayıtsın ki, Suru, gəl ye heç dünən də yeməmisən. Qaqaşlar köynəyin pulunu razılaşandan sonra, klient desin ki, hələ 3 də dərziyə verəcəm. Mən də qayıdım ki, ” Qaqa əsas çiyinləridi e kutu kimi oturuf nə ehtaş var üş maaatı çölə atırsan.” Sonra Mıtıya çönüm ki, qaqa düz demirəm mi? Yüzlüyü uzatsın mənə, mən də Faiqə verim ki, qaç bunu Nəzakətdə xırdala gəl.
(Bu seriyamıza ‘ məllim, bu ruçka yazmır” ofis ləvazimatları mağazasının sponsorluğu ilə baxdınız)

Bənzər Məqalələr

#istiyirəmki , Bakıda ən yaxşı, reytinqi 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç bir fərqi yoxdur. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi təyinatı dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını veririm. Çünki çox vaxt planının xəritədə vurduğu lokasiyaya uyğun olaraq fərqli olur. Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən...
media-f86f2668-9c50-4ab3-8b3a-99920ee1d4be

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1