Slujbada olan əsgərin həyatından

media-1-5
#istəyirəm 6 ayın əsgəri olum. Adım da Cəfər. Məhlə uşağım Aqşin mənə dəyməyə gələndə yarım qril, bayat təndir çörəyi və fanta duşes gətirsin. Desin ki, rahat ye, doymasan qabağda maqazin var, başqa şey alaram. Mən də deyim ki, narahat olma, bayaq Mәlikovun anası dolma göndərmişdi rayondan, onu yemişik.
Sonra Aqşindən telefonun alım istədiyim qızı yığmaq üçün. Qızın adı da Lalə. BDU-da oxuyur. Aqşin də desin ki, konturum azdı çox danışma. Qıza 4 dəfə yığım, hamısı da adboy getsin… Girim instagramda Aqşinin profilindən yazmağa qıza. Yazıb cavab gözləyənəcən ana səhifədə o biri məhəllə uşağı Maqa093_ maşının qabağında əllərini cibinə salıb kapota söykəndiyi şəkli çıxsın qabağıma. Aşağı düşüm bir bloggerin videosu başlasın ki, martın 19undan 27sinə kimi Kontakt Home-da kampaniya var. Bu sözü eşidən kimi, qayıdım ki, Aqşin camaat bayram edir, mənim günümə bax, hələ 6 ay da burdayam e. Aqşin mənə təsəlli eləsin, fonda da bloggerin səsi gəlsin ki, 50 faiz endirimlər, smartfonlar 12 ay, televizorlar 18 ayliq faizsiz kreditnen. Bunu eşidib bir dənə də dərindən ah çəkim, Aqşinə telefonu qaytarmaq istəyəndə -Redmi Note 11 ayda cəmi 30 manat ödəməklə sözünü eşidim.
Tez Aqşinin telefonunu çevirib arxasına baxım görüm ondandı ya yox. Aqşin desin bu köhnə madeldi. Qayıdım ki, qaqa bi dənə bu əsgərlik bitsin, burdan çıxan kimi ən təzəsindən götürürəm, srazı. Aqşin bi də İnşallah deyib, dalıyca qardaşım, mən gedim yavaş-yavaş desin. Təzədən Aqşindən alım telefonu ki, ver bi dənə yığım qızı.Aqşindən gizlin facebooka girim telefonuynan. Status yazım ki, 175 gün әsgәr Quliyev. Girim profilә görüm ki, nә qәdәr konkursa, bayram tәbrikinә taq ediblәr mәni 49 nәfәrnәn bir yerdә. Buşlatın üstündәki familyanı çәkib profil şәkli edim…

Bənzər Məqalələr

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter

#isdiyirəm ki, 37 yaşlı, evində 2 uşağı olan kanalizasiya ustası Ziyəddin olum. Həmişə də zarafatla deyim ki, pulum poxdan çıxır. Həmişə də arzu edim ki, Bakıda qar-yağış yağmasın. Onlar olanda işim həmişə çox olur, icra hakimiyyətindən tutmuş yol polisinə qədər hamı bizim idarəni yığır. Novostroykaları da bəyənməyim, deyim ki, ən yaxşısı həyət evidir. Ən çox da məni köhnə 9-mərtəbəli sovet...
media-untitled-design-57