Bağ evi tikdirmək istəyən rayonlu varlı kişi olmaq istəyirəm
#istəyirəm rayondan Rusiyaya meyvə-tərəvəz vurmaqla milyoner olan 55 yaşlı qara prado sürən, gonbul, (kök yox gonbul) bığlı, məhləyə düşəndə ucu şiş tufli ilə finka geyinən, nömrəsində həmişə 27 manat zad balans olan, Əlikramın və Damlanın fanatı olan, zibil kimi pulu olsa da bir köpüklük zövqü olmayan Əfqan dayı olum.
Bakıdakı işlərimi böyük oğlum 25 yaşlı Orxanla (Türkiyədə oxuyub gəlib, amma Təfəkkür Universiteti səviyyəsində) görüm, amma yenə son qərarı özün verim. Orxan mədəni və bir az da lomfason, ciddi işi olmasa da 3 dənə telefon işlətsin. Novxanıdakı bağın remontunu ona tapşırım. O da xiyar kimi gedib Belarusiyada dizaynerlik oxuyub gələn sanballı bir dizaynerlə 10 minə evin İnteryerini zadını razılaşsın. Qaqaşı 3-4 gün bağa aparıb evin orasını-burasını göstərib avara eliyəndən sonra, təsadüfən mən gəlim bağa. Oğlum dizayner qaqaşı mənlə tanış eləsin ki, kişi bəs budu zad.
Qaqaş da təbəssüm maskasını taxıb girişin ki “hə, elə Orxan qardaş demişdi ziyalı insansız (mən də əslində qatığın biri olum nə ziyalı) , mən sevirəm belə adamlarla işləməyi”. Reski qayıtsın ki ” Məllim, deməli bu fılan yeri fılan rəngdə eliyəcəyik, bu arakəsmə söküləcək, bu rənglərin fılan tonundan istifadə olunacaq ki, fılan memarlıq üslubuna uyğun olsun. ” Belə-belə 15 dəqiqə danışın. Mən də qulaq asım heşnə başa düşməyim, reski nazik kent 4 -ü yanında durduğum ağacda söndürüb yerə atıb əllərimi qarnımın üstünə qoyub cütləşdirib qayıdım ki, “YOX E BAJOĞLU, EHTAŞ DÖÜL”