Məhəllə marketlər

media-1-48
Balaca, xudmani məhlə marketləri olur. İki otaqlı evin kuxnası böyüklükdə olanlardan. 45-50 yaş arası təxmini adı Rafət olan nurani dayı işlədir adətən elə marketləri. İçəri iki nəfər müştəri girəndə uje dəbərmək olmur. Rafət dayı çıxır çölə ki, bunlar rahat alış-veriş eləsinlər. Reski içəridən bir xala çağırır ki, ay Rafət süd bu gün gələndi?
Marketin adı “Halal Market” olur çox vaxt. Qulpu xarab olub aşağı sallanan plastik qapısı da öz yerində. Qapını bağlamaq üçün möhkəm çırpmaq lazımdı. Qapının üstündə yanıb-sönən “AÇIQDIR OPEN ОТКРЫТО” yazılı lövhə, o lövhənin aşağısında da çoxdan köhnəlib saralmış A4 kağızında yazılmış “SATIŞDA KONTUR VAR” yazısı. Qapıda kolanın reklamı olan plakat olur, düz iki ildi ordadı, kolanın o buraxılışı uje istehsal olunmur. İçəri girən kimi sağ tərəfdə üst-üstə kukruzlar yığılıb. Həmişə kiminsə bilmədən ayağı ilişib aşırdır onları…
Səhərlər marketə girəndə görürsən Rafətin yoldaşı Rəsmiyyə xala da ordadı, elə yuxudan duran kimi yaşıl, qaroşkalı xalatını geyinib düşüb marketə yoldaşına kömək eləməyə. Gələn çörəklərin üstünü gəlinliyində gətirdiyi qırağı saçaqlı, rozıvı adyalla örtür. Çörəklər axşama kimi yumşaq qalır, həm də böyük marketdəki çörəklərdən dadlı olur sanki o adyalın altındakı çörəklər. Nədirsə o rozıvı adyalın hikmətidir…
Stolun üstündə uzun 100 vərəqli okul dəftəri olur, üstünə də “нисйе дефтери” yazılıb. Vərəqlərini sağa-sola çevirməkdən burulub. Yanında da balaca televizor damaşnı antenaynan, bir qulağı sınmış vəziyyətdə. Televizorda da aztv göstərir, səhər xəbərlərindəki aparıcı Almaniyada tələbələrin üç aydır təqaüdlərini ala bilmədiyini deyir…

Bənzər Məqalələr

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter