Bina evində keçirilən 15-20 nəfərin yığışdığı ad günü məclisləri olur. O məclislərin olmazsa olmaz dialoqunu deyim sizə: – kiməsə çörək lazımdı? – yox, hər şey var, gəl özün də otur. – mən elə bayaqdan əl üstü yemişəm bişirə-bişirə. Siz nuş eliyin. Yeməyin şirin yerində iki ilin yeznəsi Asif (sığortada işləyir, 9 may barədə fikri budur ki, almanlar o vaxt udsaydı...
Etiket: Azərbaycan ailəsinin bir günü
İndi #hardasa 50+ Cövdət dayı yoldaşının balaca, dama-dama blaknot kağızına yazdığı siyahını kontrol edib evdən çıxmağa hazırlaşır. Siyahı təxmini belədir: ики тендир чорейи гарох ири банка майонез ири Хийар туршусу Картоф 2 кило Чуғундур Көк Галлански пендир 200 гр Гоз 200 гр Йумурта кəнд 20 дəнə Ванил Песок 1 кило Габартма тозу Гатыг Yoldaşı 50+ Gülbahar xala qapının ağzında paltosunu...