O vaxtlar çat saytları olurdu. Çatın әn birinci bölümündə çat+tanışlıq yazılırdı, guya ki, çatda hal hazırda 1359 nәfәr online var. 1100 oğlan, 259 qız. Tez basırdın 259-un üstünə net gedirdi. Açılanda görürdün 150 oldu qız sayı. Rәngli niki olanı imkanlı adam sayardıq. Təzə nik açan girib yazırdı, “Mən təzəyəm hər kəsə salam.” Dini otağın userləri yığışıb uşaq evinə getmək istəyirdilər...