Chat saytları olan vaxtlar

media-1-63

O vaxtlar çat saytları olurdu. Çatın әn birinci bölümündə çat+tanışlıq yazılırdı, guya ki, çatda hal hazırda 1359 nәfәr online var. 1100 oğlan, 259 qız. Tez basırdın 259-un üstünə net gedirdi. Açılanda görürdün 150 oldu qız sayı.

Rәngli niki olanı imkanlı adam sayardıq. Təzə nik açan girib yazırdı, “Mən təzəyəm hər kəsə salam.”

Dini otağın userləri yığışıb uşaq evinə getmək istəyirdilər həmişə, ancaq heç vaxt getmirdilər.

Sonra gizli otaqlar olurdu, otaqlar kodla olduğu üçün girmәk olmurdu, ancaq kodu qoyan vә dәvәt etdiyi adam bilirdi.
Otağa girmәk olmasa da, çöldәn bilmәk olurdu içәridә kimlәr var.
Gizli otaqdakı oğlanın inboxuna çatda tanış olduğu Wolf niki yazırdı ki, dvijuxadır brat?

Sonra Ağstafaneç niki girib dayanmadan “Sabina mesaja bax” yazırdı. Flood edirdi. Ban alırdı. Tәzә nik açırdı. Tәzәdәn gәlirdi. Bәs mәnәm Ağstafaneç mәni ban edәnin var yoxunu … nömrәmi yığın. Biri də yazırdı ki, admin bu xiyara ip ban vur, təzə niklə girə bilməsin.

Princessa lәqәbi mütlәq idi, heç kimlә yazışmazdı, adminin qızı idi deyә, rәngli nik, bal, post hәr şey var idi. Mesaj qutusu da partlayırdı.

Biri yazırdı ki, uşaqlar keşlədən kim varsa kewleliler. wen. ru ya gəlsin, indi gələnə rəngli nik veriləcək. Sonra admin yazırdı ki, ailәsinә, şәxsiyyәtinә mәnliyinә hörmәt edәn reklam elәmәsin.

Hәr gün biri “daha bura girmeyecem dosiler, ozunuze yaxshi baxin” yazardi ki, görsün kim bunu axtarır.

Adminin profilinә baxırdın. “Super Admin. 999999 bal, 99999 post.” Adminin haqqında bölmәsindә “Bal post verilmir, üz vurmayın! Kimin sözü var 055 326 97 xx”

Bənzər Məqalələr

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

İstəyirəm 2010-cu ilə qayıdıb, 10b sinif şagirdi Ruslan olum. Axırıncı dərs bədən tərbiyədir deyə, dərsə altdan sportivni geyinim gedim. Çantada ən altda ketalarımı qoyum, üstünə də kitablar. Sinifdə xoşuma gələn Lalənin gəlib bizim futbola baxması üçünüçüncü dərsdən başlayım ki, qızlar qırğın futbol olacaq gəlin siz də baxın. A sinifinin qızları həmişə gəlirlər, o yandan adaşım olduğu üçün soyadı ilə çağırılan...
media-1-21

Bir ara şəhərdə belə bir mif yayılmışdı, dəqiq il yadımda deyil. Deyirdilər, bp-də bir xeyli vakansiya açılıb, ingilis dili və kompüteri bilənləri babat maaşla işə götürürlər. Pəəəh, gənclər də götürmüşdü qırmızı mörfini əlinə düşmüşdü şəhərdəki ingilis dili kurslarının canına. Ancaq ta bilmədim, sonradan göy mörfiyə keçdi o uşaqlar yoxsa yox. İşə zada düzəldilərmi ümumiyyətlə?… Mənim getdiyim kurs isə dəhşət idi....