Bu gün günorta hardasa Elvin, Elməddin (Eliş), Rəşad, Pərviz, Mirəli və Totu ( Toğrul) Totunun avanqard güzgüsündən sallanan üzərinda bayraq olan boks əlcəkləri, arxasında qarmoşka pərdə olan Priorasına Allaha pənah preslənib Mərdəkana dənizə getdilər. “Qarpızı yoldan alarıq” niyyəti ilə Azpetrolda benzin pulunu atışdılar. Kruqda təzə olduğu üçün özünü təsdiqləməyə fürsət tapan Rəşadın yeznəsinin dostu Pərviz dilə gəlib dedi ki, -qaqa...