Dənizə çimməyə gedən qaqaşların yol əhvəlatı

Bu gün günorta hardasa Elvin, Elməddin (Eliş), Rəşad, Pərviz, Mirəli və Totu ( Toğrul) Totunun avanqard güzgüsündən sallanan üzərinda bayraq olan boks əlcəkləri, arxasında qarmoşka pərdə olan Priorasına Allaha pənah preslənib Mərdəkana dənizə getdilər. “Qarpızı yoldan alarıq” niyyəti ilə Azpetrolda benzin pulunu atışdılar. Kruqda təzə olduğu üçün özünü təsdiqləməyə fürsət tapan Rəşadın yeznəsinin dostu Pərviz dilə gəlib dedi ki, -qaqa bidənə muskanı al
Totu səsi azaldır Pərviz qayıdır ki
– bunun elə bil qranatında səs var, ya da rulavoyu yetişib
Totu da deyir ki
– ə qaqa, bularda xəstəlikdi
Rəşad da qoşulur temaya ki
-bu maşın buna dözürsə hələ böyük şeydi.
Beləliklə, isinişmə prosesinin ilkin mərhələsi başa çatır.
Yolüstü Favorit marketdə ayn-oyun almaq üçün saxlayıblar.
Xiyar-pamidor, pendir, təndir çörəyi, 5 litrlik su, 5 paçka boz Rothmans alıb meyvə-tərəvəz bölməsinə yaxınlaşırlar və avtomatik hər kəs çevrilib qarpız mütəxəssisi olur. Elvin qarpızı qulağına diriyir, Mirəli qarpıza 3 badam bir qoz ritmini vurub qapızın necəliyini anlamağa çalışır. Bu andaca Pərviz ikinci dəfə özünü təsdiq fürsəti tapıb 10 kiloluq qarpızı qaldırıb saplaq tərəfinə baxıb Mirəliyə deyir ki
-Seyid, sən bilirsən də (Seyid də bilmir əslində) bunun dişisi yaxşı olur.
Bu minvalla ən dəxlisiz qarpızı seçib marketdən çıxırlar.
(Çimərlik macəralarını isə sabahkı bölümdə yazacağam. Əyninizi qalın eliyin, dostlar)

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

“Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib” deyə fikirləşən Vüsalə soruşdu ki, mama, bugün bizə Yəmən xala gələcək? – Yox, Yəmən 3 ay əvvəlki söhbətdən sonra küsüb məndən guya. Kimdir bizə gələn? Buranın qapısını tanıyan var ki? – deyə 45 yaşlı Nəcibə duxovkaya ciyərləri qoymağa başladı, kartoşka qızartmasının üstünə kəkotu, ədviyyatlar yaxşı yapışmışdı. Əri 10 il bundan qabaq...
media-dall-e-2023-10-27-11-28-09-2d-illustration-of-a-cozy-azerbaijani-home-setting-a-young-25-year-old-man-with-contemporary-clothing-is-animatedly-talking-to-his-50-year-old-mother

Əri Şaban hamamda çiməndə telefonu jurnalnı stolun üstündəydi. “Görüm keçən dəfə rayonda dincələndəki şəkildə necə düşmüşəm? “ fikriylə Şabanın smartfonunu açdı. Pin-kod həmişə eyni idi, Şabanın uzun illərdir işlədiyi dövlət idarəsinə girdiyi il. Şəkilə baxdı, doğurdan da Şəkidə qəşəng dincəlmişdilər. Elə bil daxildə hansısa qüvvə ona dedi ki, bir Votsappa da gir. İş yoldaşlarının, qohumlarının çoxuyla yazışırdı, hamısını da yaxından...
media-1-60