Feysbuk səhifələrini izləyənlərin həyatından
#istəyirəm hansısa 100 minlik dəxlisiz səhifənin useri olum. “Baw admin” tanınmış qadın müğənnilərdən birinin verilişdə quşlamağını paylaşıb başlıq yazsın ki “GUNAH BUNU TOYA 5 MİNE CAGİRANLARDADİ!”
Bir az rəyləri oxuyum:
Orxan Veliyev
Bu evvel dostumun kafesinde afisiantiydi indi cip surur
Şaiq Həsənoğlu:
Ar olsun bu yazıqlara. Bu kimi ədəbsiz xanımları(əsl xanımlardan üzr istəyirəm!!!!) gündəmə gətirməklə bizi TÜRKÇÜLÜYÜMÜZDƏN ayırmaq istəyirlər.Mən inanmıramkı bunun damarından TÜRK qanı axsın!!!!
Ferrux Nesibov
Admin bikardiye
(2 nəfər bəyəndi)
Asiya M-lee
Admin bekarsan deyesen
(47 nəfər bəyəndi)
Ayla Quliyeva(Huseynova)
Bizim milete buda azdi
(26 nəfər bəyəndi)
Murad H-ov
Adminin senin bawin qacibe qaqa cani.
Fuad Turk Guliyev (profil şəkli canavar və bayraqla fotoşoplanmış əsgər şəkli, küncündə lerikim wen ru loqosu):
Admin wehidlәrdәn dә nәsә paylaw
və nəhayət mən də oxumaqdan bezim,pultu divandan götürüb kanalı space dəki Mikayılın verilişinə çevirib rəydə yazım ki, “Mən bizim kanallara baxmıram”