Yevlax uşaqları başqa cür olur

media-dall-e-2023-10-27-11-33-39-2d-illustration-showcasing-the-vibrant-streets-of-baku-a-modern-25-year-old-azerbaijani-boy-dressed-in-contemporary-clothing-walks-with-confidence
“Yevlax uşaqları başqa cür olur“ – deyə tez-tez təkrarlarlayan Şahini həyatda bəxtigətirmiş adam saymaq olardı. 25 yaşlı, normal xarici görünüşlü, hansısa BOKT-da əməliyyatçı işləyən, atasının hələ 5 il əvvəldən qızı üçün ayrıca aldığı 2 otaqlı novostroyka evi də olan Sevərlə ailə qurmuşdu.
İndiyə qədər kirayə verib aldıqları pulu Sevərə cibxərcliyi verirdilər, Şahinlə tanış olandan sonra demişdilər ki, toydan 1 ay əvvəl kirayə qalanı çıxardaq, siz yavaş-yavaş köçün. Şahin bir dəfə evə gedəndə də görümşdü ki, nəinki ev var, hətta onun içində mebeli, soyuducusu, televizoru və s. hər şey var.
Sevərin anası poliklinikada illərdir ki həkim, atası isə dövlət idarələrindən birində orta vəzifədə işləyən sakit, təmkinli, heç vaxt əsəbiləşməyən, yeganə qızından ötrü hər şeyi etməyə hazır bir kişi idi.
Şahinin dostları da arxada, bəzən isə elə lap üzünə də deyirdilər ki, “biz səni əfəl bilirdik, amma gedib partlatdın“. Hələ dostu Zamiq (Zamka) zarafatlaşırdı ki, “qızın qohumlarından kimsə varsa, mənə də düz-qoş et“. Şahin da qaytarırdı ki, “toyda gözdə-qulaqda ol, podruqalarına, qohumlarına baxarsan“.
Evləndilər, 1 ildən sonra uşaqları oldu, sonra Şahini işdən bayıra atdılar, o da dedi ki, bundan sonra başqa adamın əlinin altında işləməyəcəm. Bir müddətdən sonra borc-xərclə ofis arendaya götürdü, idxal-ixrac əməliyyatlarıyla məşğul olan broker şirkəti açdı. Yavaş-yavaş işləri düzəldi, yaxşı sifarişlər aldı, İndoneziyadan palma yağından tutmuş Norveçdən forelə qədər ölkəyə çox şey gətirirdi.
#günlərinbirgünü Artıq evdə çox tapılmayan, bütün günü işdə-gücdə olan Şahin gəlib qısaca, sakitcə dedi ki, boşanmalıyıq. Sevərin ağlamağı, xahişləri, yalvarışları kömək etmədi.
– İncimə, ayrılmalıyıq. Aliment-filan da gözləmə. O vaxt şirkəti Yevlaxda mamamın adına açmışdıq, elə papan məsləhət görmüşdü. Mən orda minimal maaş alan adamam rəsmi olaraq. Onsuz da uşaq ac qalmayacaq, atan-anan var, korluq verməzlər.
Sevərin gözündən yaş gəlirdi, amma onu ən çox hiddətləndirən Şahinin etdikləri yox, onu bu neçə ildə tanımamağı idi. “Necə tupoy olmuşam mən?“ deyə fikirləşirdi.
– Gələn həftə hər şeyi yekunlaşdıraq, çünki getməliyəm təcili. Hara? Dubayda təzə ofis açırıq. O vaxt mənə inanmırdın, deyirdin ki, işdən çıxma, birtəhər qal orda. İndi gördün, necə biznes qurmuşam? Yevlax uşaqları başqa cür olur.
Sevər sonrakı günlər ərzində o qədər ağlamışdı ki, gözlərinin altı tamam şişmişdi. Həkim anası gizlicə çayına-suyuna trankvilizator atıb verirdi ki, qızı sakitləşsin. Həmişəki kimi, yalnız atası sakit idi, “darıxma, qızım, hər şey yaxşı olacaq, payını alacaq“ deyəndə də qızı lap əsəbiləşirdi. “Əlində pulu, biznesi, obezyana oxşar sevgilisi, neyləmək olar ki ona? “ deyib lap haldan çıxırdı. Bir axşam isə Sevərin atası kiməsə zəng etdi,
– Hə, salamatlıqdır, siz neynirsiz? Yox, təzə kontrakt lazım deyil. Bu dəfə naoborot. Heç bir təhvil-təslim aktını imzalamayın, qoy konteynerlərin hamısı qalsın gömrüyün anbarında. Hə, düz başa düşdün, bankrot eləmək lazımdı.. Məllimə də xahiş edərsən ki, ən axırıncı partiyanı da fırlatsın ki, sertifikatı-sənədi yoxdur, qida təhlükəsizliyi-zad. O Hindistandan sertifikat gətirənə qədər vaxtı bitəcək malların. Ay ölənlərin rəhmətliy… Yox, özü uçub Dubaya, ona görə gözləyirdim…
2 AY SONRA
Şahin avtobusla Yevlaxa qayıdırdı, yolboyu da olanlar fikirləşirdi. Elə bil ki, Dubayda Bürc Xəlifənin ən yuxarı yerində dalından təpik vurub birbaşa dənizə itələmişdilər. Avtobus Kürdəmirdə saxlayanda aşağı düşdü, çayxanada tələbəlik dostu Zamiqi gördü. Zamka da onu görən kimi əlini geniş açıb sevincək dedi ki, “Ooo, Şahin, gör neçə ildir görmürəm səni…Qaqa, bu Yevlax uşaqları başqa cür olur da…”

Bənzər Məqalələr

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

#günlərinbirgünü 45 nəfərlik işçisi olan MMC-lərin birində rəhbərlik dəyişdi. Kimi dedi ki, guya köhnə firmanı “yuxarıdakılar” alır, kimi dedi şirkətin yiyəsinin borcu varmış, qaytara bilmədiyinə görə firmanı verib. Şirkətdə hər şeyi bilən müdirin katibəsi belə söhbətdən xəbərsiz idi. Sadəcə direktor bir gün hamını yığıb dedi ki, həm təsisçi dəyişir, həm də mənimlə baş mühasib sabahdan çıxıb gedirik, təzə adamlar gələcək....
media-1-59

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?”...
media-dilare