Vakansiya: sürücü tələb olunur
VAKANSİYA
Bakı daxili hələ də qəpiklə işləyən marşuruta 20-35 yaş arası sürücü tələb olunur. Tələblər:
1) Eyni anda telefonu sol çiyni ilə qulağına sıxıb, sağ əlində içində atma çay olan 10 qəpiklik stəkan, sol əli ilə isə sükanı tutma bacarığı olmalıdı. Lazım gələrsə, rulu dizi ilə tutub sol əli ilə 4 dənə bükülmüş manatlıq və 70 qəpik qalıq qaytarmalıdır.
2) Dayanacaqda adam doldurmaq üçün yalandan yerində 5 dəqiqə qaz verib güya bu dəqiqə tərpənəcəyinə camaatı inandırmalıdı.
3) Xanım sözünü unudub anam və bacı xitablarını işlətməlidir
4) Marşurutun iç tərəfindən patpresin üstünə 3 eyni nömrənin simini, bakselini, narını yapışdırıb altında “sifariş qəbul olunur” yazmalıdır. ( Heç vaxt da zəng gəlmir)
5) Corabla şəpit geyinməyi bacarmalıdır.
6) Vaxtaşırı güzgünün qabağını tutan qaqaşlara sağ əlini qaqaşa tərəfə uzadıb ” qaqaş bidənə dalı görüm də” deməlidir.
7) Dayanacaqda kənarda düşmək istəyən adama ” düşə biləssən?” Deyib yolun ortasında saxlamalıdır
İsti havalarda saroçkasını 4 düymə açıb, boynunun dalına göy dəsmal atmalıdır.
9) Bərk sürdüyü üçün deyinib düşən xalaya heç nə deməməlidi lakin xala düşəndən sonra qabaq qapıdan girən kimi solda oturan kepkalı, nauşnik taxan qaqaşa baxıb başını yellədib ” buna nəsə denən, işlədiyivi də apar ver polisə” deməlidir
10) Dayanacaq düşüb köşkdən yaşıl BİZON almalı, dispetçer stəkan uzadıb “
onun başından süz görək nə dadır” deyəndə təcili süzməlidir
11) Üzbəüz marşurutla keçən həmkarını görəndə sürəti azaltmalı ” deyəsən gecə çox yorub axı” deyib gülə-gülə sürməlidir.