Vakansiya: telefon ustası tələb olunur

28 may metrosu yaxınlığında yerləşən yarısı ətir dükanı, yarısı telefon satışı olan obyekt üçün telefon ustası tələb olunur.
Tələblər:
1) Tez-tez aşağıdakı söhbətləri etməlidir.
A) Mənim amerikada apple da tanışım var, icloudu ona verirəm o açır. Özü də deyib ki, heç kimə demiyim
B ) Qaqa ekran ancaq sabaha, indi mümkün deyil optovoy bağlıdı gör saat neçәdi
C) Adapter 5 maata padarginal 12 maata arginal
D) Ayfonunku budu qaqa 18 maa, 5 maa 6 maa diyirler e neftçilərdə istisen ged orda eleginən
E) “Toğrul, bax gor A70ə batreya var?”
Özüm də o plonkadan vurmuşam.. 2 dəfə əlimnən düşüb heç cızığı da yoxdu
Davranışlar:
A) Əlində iş görən yerdə reski zəng gəlsə telefonu qulağı ilə çiyninin arasına qoyub sıxsın. Danışsın ki, “hə qardaş gətirərsən açıb baxaram, ya bu gün olmasa sabah.Əgər platadırsa zapçast kimi ərit getsin. ” Adboy verəndən sonra yanındakı satıcıya dönüb desin ki, bu Vüsal da harda paz ver mənə calıyır.
B) yeməyə gedəndə dükandakı qaqaşa tapşırsın ki, “mən 35-40 dəyqəyə gəlirəm, kim soruşsa denən 5 dəyqə səbr eləsin usta gəlir indi”
C) Yanında həmişə winiston xs, böyük göy bizon( içəndə story ə atıb BİZON səhifəsini tag edir, elə bilir ki nə vaxtsa buna da sponsorluq edəcəklər) bir də qara fənəri xarab olmuş ( telefon düzəldəndə o qədər istifadə eliyib ki) zajqalka olsun
D) Və ən vacib tələb. Telefonu düzəldəndən sonra “get bu xarab olası şey deyil” desin. Sabah müştəri üstünə qayıdanda ki, bəs bu xarab oldu, bax onda o möhtəşəm sualı versin.
QAQA GECƏ TOKDA QALMAYIB Kİ??

Bənzər Məqalələr

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter

#vakansiya Yasamalda yerləşən, üstündə “barber shop” yazılan “Xarizma” kişi salonundakı 4- cü stola bərbər tələb olunur. Tələblər: 1) Yanına götürəcəyi uçenikə “malış”, uçenik də ona “Usta” deməlidir. 2) Hər gün gəlib yanında boş-boş dayanan dostu olmalıdır və bərbərlə tez-tez “qaqa dəlləhsən sən? it-pişih də qırxırsan? ” zarafatını eləməlidir 3) Çoxdan gəlməyən müştəri oturan kimi deməldiri ki ” saçıvı axırıncı dəfə...
media-1-19

VAKANSİYA Bakı daxili hələ də qəpiklə işləyən marşuruta 20-35 yaş arası sürücü tələb olunur. Tələblər: 1) Eyni anda telefonu sol çiyni ilə qulağına sıxıb, sağ əlində içində atma çay olan 10 qəpiklik stəkan, sol əli ilə isə sükanı tutma bacarığı olmalıdı. Lazım gələrsə, rulu dizi ilə tutub sol əli ilə 4 dənə bükülmüş manatlıq və 70 qəpik qalıq qaytarmalıdır. 2)...
media-1-30