Vakansiya: bərbər tələb olunur
#vakansiya
Yasamalda yerləşən, üstündə “barber shop” yazılan “Xarizma” kişi salonundakı 4- cü stola bərbər tələb olunur.
Tələblər:
1) Yanına götürəcəyi uçenikə “malış”, uçenik də ona “Usta” deməlidir.
2) Hər gün gəlib yanında boş-boş dayanan dostu olmalıdır və bərbərlə tez-tez “qaqa dəlləhsən sən? it-pişih də qırxırsan? ” zarafatını eləməlidir
3) Çoxdan gəlməyən müştəri oturan kimi deməldiri ki ” saçıvı axırıncı dəfə kim qırxıb? nə günə qoyub”
4) vatsapda buna hər axşam düşük-düşük videolar atan müştəriyə cavab olaraq ” xaxaxa ” yazmalıdır
5) Təzə müştəri gələndə özünü göstərmək üçün deməlidir ki “qaqa mən ancaq qayçıynan işdirəm, maşınkaynan xam ustalar işdiyir”
6) Saqqalı düzəldəndə müştəriyə dirəməlidir
7) “Qonaq ol” sözünü elə intonasiyayla demələdir ki, müştəri qonaq olmasın
8) Hamını inandırmalıdır ki, Türkiyədə imkanlı uşaqlar salon açıb bunu gözləyirlər ki, gedib işləsin.
9) Təzə tanış olduğu qıza “bütün vaynerlərin saçın mən qırxıram, o gün Hüseyni keçəllədim yola saldım” deməlidir.