İşdə qadının vəzifəsi qaldırılandan sonra ofisdə

media-2d-illustration-of-azerbaijani-people-beetween-20-35-years-old-women-and-men-different-clothing-sty-89039133
2023 elə yaxşı başlamışdı ki…Kollektivin üzvləri olan Fuadın və Cəmalənin toyunda bütün iş yoldaşları mehribancasına oynamışdı. Yeni il korporativində də yaxşı yeyib-içmişdilər.
Amma bugün səhər şirkətin direktoru hamını yığıb ümumi iclas etdi. Məlum oldu ki, şirkətin bu il üçün satış hədəfləri nəyi var qaldırılır. Hamı da başa düşdü ki, satışa görə bonuslardan əli üzmək olar. Elə iclasdaca çox adamın qanı qaralmışdı.
İkinci xəbər isə birincidən də betər idi. Üzünə gülsələr də, arxada hamının nifrət etdiyi, “Keşa” çağırılan Könül Əhmədovanın vəzifə səlahiyyətləri qaldırılırdı. Müdirin sağ əli olur, bir neçə şöbə Keşanın tabeçiliyinə verilirdi. “Mən inanıram ki, Könül xanımın peşəkarlığı sayəsində bu il şirkətimiz böyük uğurlar qazanacaq” deyib görüşü yekunlaşdıran direktorun intonasiyasından hamı başa düşdü ki, iclas yekunlaşmalıdır.
Yerinə qayıdan hamı işi kənara qoyub yenilikləri müzakirə etməyə başlayır. “Sterva qadın olmaq lazımdır” deyə danışan qızlar kim, “Yaxşı ki bizim şöbəni bu itə vermədilər” deyə sevinən kim, bu il mükafat almayıb quru maaşla necə keçinəcəyini müzakirə edən kim…
Satış komandasında ən təcrübəli, keçən il bütün hədəfləri vurmuş Vüqar lap narahat idi. Nə bu il normal qazana biləcəkdi, nə də Keşa ilə yola getmək mümkün olacaqdı. Günorta nahardan sonra siqaret çəkməyə çıxanların yanına o da qoşuldu. İşdə yeganə siqaret çəkən qız olan Narmina gələndən sonra yavaş-yavaş digər qadınlar onlara qoşuldu, sonra də işçilər həyətdə söhbətləşməyə, bugünün mövzusu haqda danışmağa başladılar.
Hamının da gəldiyi qərar o idi ki, ilin-günün bu vaxtında iş tapmaq çətin məsələdir. İT-də işləyən İqor onlara məsləhət gördü ki, rebyata, elə 2 gün əvvəl təzə Telegram bot çıxıb. İstədiyin ixtisası, maaşı, hansı şirkətdə işləmək istədiyini qeyd edirsən, bot özü sənə uyğun iş elanı olanda srazu uvedomleniya göndərir. Daha bir də girib vakansiya saytlarında o qədər elana baxmırsan. Direktor da, mən də sistemdə görürəm, onsuz da bilirik, oturub bütün günü BUSY.AZ saytında vakansiyalara baxırsuz.
Vüqar obeddən sonra işə qayıdanda Keşa saat 4 üçün onu təzə kabinetinə çağırdı. Vüqar fikirləşirdi ki, “vəssalam, elə birinci gündən zibili çıxdı. Çox o yan-bu yan eləsə deyəcəm ki, səninlə işləmək istəmirəm, 1 aya çıxıram”.
Otağa keçəndə isə Keşa onu gözlədiyindən fərqli olaraq isti qarşıladı. Ümumi işdən danışandan sonra süzücü baxışlarla Vüqara baxdı:
– Hə, cavan oğlan, belə-belə işlər…Gələn aydan Sales işçilərinin meneceri olmaq istəyirsən? Maaşın da 70% qalxa bilər. İndiki menecerlə sağollaşıram. Mənə sənin kimi işləyən uşaqlar lazımdır.
Vüqar deyilənləri güclə həzm edirdi, Keşanın sualına sadəcə başıyla təsdiq cavabını verə bildi.
-Ladno, bilirdim ki, sən ağıllı işçisən, o birilər kimi deyilsən. Aşağıda kimlər dalımca danışırdı, ofisdə kim haqqımda nə deyirdi, onu bir spisok kimi mənə göndərərsən. Kstati, 3 gündən sonra rəsmi dövlət tədbiri var, bizi də çağırıblar, mənlə gedərsən. Sam ponimaeş, kostyum-qaltsukda, xoroşo?
Vüqar çətinliklə də olsa, ikinci dəfə başıyla təsdiq cavabı verdi.

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

“Ay qızlar, siz də yaman məşğul olub itmisiz ha, bəlkə sabah axşam oturaq şəhərdə?” mesajını yazandan sonra ENTER düyməsini basan, hər 5 dəqiqədən bir qolundakı bilərzikə baxan, bütün günü qır-qızıl səhifələrini gəzən Aygül əvvəllər heç də “Kobraşkalar” WhatsApp qrupunda aktiv deyildi. İldə-ayda bir dəfə smaylik atar ya atmazdı. Amma Ramazan ayı girəndən sanki bir az aktivləşmişdi. Universitetdə bir yerdə oxumuş...
media-2d-illustration-of-25-years-old-azerbaijani-woman-at-her-bed-texting-on-phone-582507415

34 yaşlı, distribütorların birində ofis işçisi olan Vüsalın kefi yoxdur. Arvadı İnarəylə çox dəxlisiz vaxtda küsmüşdü. 3 martda araları dəymişdi. Vüsal axır vaxtlar Tiktokda çox vaxt keçirirdi, bütün günü orasını-burasını açıb göstərən qızların profillərinə baxırdı. İnarə əvvəl buna fikir vermirdi, amma bir dəfə təsadüfən ərinin telefonunda Tiktoka girəndə gördü ki, sən demə Vüsal ucuzlu-bahalı, kifirli-göyçəkli, zövqlü-zövqsüz (daha doğrusu hamısı zövqsüz)...
media-2d-illustration-of-azerbaijani-office-worker-man-feels-sad-at-office-sad-colors-187821289