“Ay qızlar, siz də yaman məşğul olub itmisiz ha, bəlkə sabah axşam oturaq şəhərdə?
“Ay qızlar, siz də yaman məşğul olub itmisiz ha, bəlkə sabah axşam oturaq şəhərdə?” mesajını yazandan sonra ENTER düyməsini basan, hər 5 dəqiqədən bir qolundakı bilərzikə baxan, bütün günü qır-qızıl səhifələrini gəzən Aygül əvvəllər heç də “Kobraşkalar” WhatsApp qrupunda aktiv deyildi. İldə-ayda bir dəfə smaylik atar ya atmazdı. Amma Ramazan ayı girəndən sanki bir az aktivləşmişdi. Universitetdə bir yerdə oxumuş 7 podruqa uzun müddət idi ki, qrupda idilər. Yalnız Türkiyəyə köçmüş Adilə köçəndən sonra qrupda tamam fəaliyyətini dondurmuşdu. Cəmi bircə dəfə Türkiyədə zəlzələ olanda qrupda fəallaşmışdı.
Aygülün xəbəri yox idi ki, qrupun yerdə qalan kobraşkaları – Səmuş, Kamuş, Sudu, Naza və Fira çoxdan özlərinə ayrıca qrup açıb, adını Awkitolar qoyub orda gündə söhbətləşirlər. Onu da bilmirdi ki, aşkitoların son 2 gündə gündəmdə olan mövzusu “sən canı, bu fintifluş Aygül nə əcəb qrupu yada salıb?” sualı ilə başlamışdı.
Fintifluş Aygülü qrupda son zamanlar fəallaşdıran nə universitet illəri üçün darıxması, nə də qızlara olan sevgisinin qəfil artması idi.
Dövlət idarələrinin birində işləyən, bütün günü kostyumda gəzən, saçını qıraqdan proborla ayıran, özünü son dərəcədə ciddi aparan Rüfətlə 2 aydır ki, danışırdılar. Elə gecə-gündüz qolunda baxdığı bilərzik də onun hədiyyəsi idi. Həm Rüfətin, həm də Aygülün anası gözəllik salonunda saç kraskalamaq üçün növbə gözləyəndə tanış olmuş, bir-biriylə mehriban olan 2 qonşu blokun sakinləri idi. Uşaqlarını bir-birləriylə tanış etmiş gələcək qudalar artıq ürəklərində toyda tikdirəcəkləri paltarları, çağrılacaq qonaqları yerbəyer edirdilər.
Rüfət tezliklə daha yuxarı vəzifəyə keçəcəkdi, maşını varıydı, insafən özü də pis oğlan deyildi. Atası o vaxtlar yüksək vəzifədə olanda əlavə 2 ev almışdılar, amma kişidə 2 dəfə insult olmuşdu deyə Rüfəti tez evləndirməyə çalışırdılar. Belə razılaşmışdılar ki, aprelin sonuna yüngülvari nişan, iyulun əvvəlində təmtəraqlı toy eləsinlər.
Aygül də qrupda aktivliyi artırmışdı ki, toya çağırmaq üçün podruqalarla münasibəti isti olsun. Anasının xalası nəvəsi olan, milli rəqsləri qəşəng oynayan Mehribanın da şəklinə İnstagramda ürək qoymuşdu.
“Görəsən Facebookdakı qızlardan kimlərlə əlaqə qurmaq lazımdır?” fikriylə çoxdandır girmədiyi sosial şəbəkəyə daxil olanda isə Kontakt Home tərəfindən Ramazan kampaniyasının reklamını gördü. 17-24 aprel tarixlərində 50%-dək endirim var. Hissəli alışda isə:
– smartfonlar, notbuklar, planşetlər ilkin ödənişsiz, 12 ay faizsiz;
– qulaqlıq və smart saatlar ilkin ödənişsiz, 18 ay faizsiz;
– televizor, məişət texnikası və ev tekstili ilkin ödənişsiz, 18 ay faizsiz, komissiyasız;
– mebellər ilkin ödənişsiz, 24 ay faizsiz və komissiyasızdır.
Anasına da bunu göndərmək istədi, amma yadında düşdü ki, anası facebook-da yoxdur. Ekranın screen-shotunu çəkib anasına atdı, sonra da səsli mesaj göndərdi ki, “Maaam, birigün gedək baxaq da, sonra vaxt olmayacaq…”
Bu vaxt Kobraşkalar qrupundan notification kimi Aygülün yazdığına reply etmiş Sudunun cavabı gəldi: “Ürəyim, çoooox darıxmışamm. Qızlar elə sizinçün də. Amma bu ay məndə görüşmək alınmır e(((( İşdə bayramqabağı hər şey üst-üstə yığılıb”