Işdə bacıoğlu

media-1-52
şirkətlərdə ştatdan kənar işçilər olur. qanunla işləmir. dayısı orda vəzifədə olduğu üçün bunu göndərir iş dalınca. məsələn get filan yerdən filan şeyi götür apar ver filankəsə. bu da yolda benzindən zaddan kəsir. 40 manatlıq benzin vurur, dayısına deyir 60 manatlıq vurdum.
ramin adında arıq oğlan olur. 26 yaşında. çox vaxt nişanlı olurlar. dayısı şirkətdə 2 ya 3-cü adam olur. dayısına ya da ondan yuxarı vəzifədə kimə nəsə lazım olsa bunu göndərir.
adətən çayxanada uşaqlarla oturanda dayısından zəng gəlir. üzdə deyir “ayda bu da mazqi elədi təmiz”. ancaq ürəyində sevinir ki, nəsə çörək var bu işdə.
kruqda kimsə işinin ağırlığından danışanda bu da deyir “bizim iş də iş deyil ki, bir də görsən gecə 2-də zəng gəlir ki, apar filan şeyi ver filankəsə”. qız zad bundan soruşanda ki, nə işləyirsən, qayıdır ki, bizdə sistem işidi. və ya 2-ci variantları belə olur ki, holding işidi. əslində isə müdürün qızının adına olan hansısa xudmani şirkətdi adı firəngiz mmc.
instagram şəkilləri maşın rulu, skorustu zad. bu adamın ən çox sevdiyi şəkilləri isə əli rulda tutub qol saatı və spidometr bir yerdə çəkilən şəkildi. maqnitofon ekranında fləş kartdan oxuyan mahnının adı da düşür şəklə: papito-download-shemkir.bk.ru.mp3

Bənzər Məqalələr

Əri Şaban hamamda çiməndə telefonu jurnalnı stolun üstündəydi. “Görüm keçən dəfə rayonda dincələndəki şəkildə necə düşmüşəm? “ fikriylə Şabanın smartfonunu açdı. Pin-kod həmişə eyni idi, Şabanın uzun illərdir işlədiyi dövlət idarəsinə girdiyi il. Şəkilə baxdı, doğurdan da Şəkidə qəşəng dincəlmişdilər. Elə bil daxildə hansısa qüvvə ona dedi ki, bir Votsappa da gir. İş yoldaşlarının, qohumlarının çoxuyla yazışırdı, hamısını da yaxından...
media-1-60

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?”...
media-dilare

– Ata, axı loqarifm funksiyası mənə nədə lazım olacaq gələcəkdə? Bax, özün AZİ-ni qurtarmısan, o qədər oxuduğun sinus-kosinusu harda işlətmisən? Niyə cavab vermirsən? Axı mən hərbçi olacam, niyə mən kimyada o reaksiyaların hamısını bilməliyəm? Tariyel 9-da oxuyan oğlunun suallarına cavab tapa bilmirdi. Neçə il oxudu, özü də əlaçı olmuşdu, amma işlədiyi yerdə bir dəfə də tətbiqini görməmişdi. Elə bircə onu...
media-ata-ogul