555 çay evində vakansiya var: ofisiantka
Nərimanov metrosu yaxınlığında yeni açılmış 555 çay evinə “ofisiantka” tələb olunur. Tələblər:
1) Müştəri “çay verin” deyəndə “NƏYNƏN OLSUN?” sualını böyük hərflərlə deməlidir.
2) Telefonu samsung A30 olmalı və daim cins şalvarının arxa cibinə qoymalıdır. Samsung adaptırı olması arzuolunandır.
3) Sevgilisi zəng eliyəndə “ürəyim iş çoxdu, yigaram” deməlidir. Müdirin “niyə kefin yoxdu” sualına ” Rasimdi də xəstə, əsəbləşdirib” deməlidir.
4) Biləyində qızının adını tatu elətdirməsi, sol ayağında sep olması maaşa təsir edəcək.
5) Qəlyançı olmayanda, qəlyanı özü xodlayanda ağzı dolu olduğu üçün müdirin qəfil suallarına başı ilə “hə” cavabı verməyi bacarmalı
6) Boşluq olan kimi Jah Khalib dən mahnı qoyub kalonkaya qoşmalı, daimi müştərilərlə ara açmalı, müştərinin duzsuz zarafatlarına zalın bu başından o başına cavab vere-verə getməli
7) Qəlyançı ilə “uşaqlıq şəkillərin DURUR?” və Samiraldonun “açıldı” zarafatlarını etməli
