Qış günündə kombinin xarab olması

media-b3-1
#Buhavalarda Yeni Yasamalda yaşayan Ağasəfin 10-cu sinifdə oxuyan oğlu Cavidanın ad günüdür deyə axşam gələcək qonaqların qabağına çıxmaq üçün güclü hazırlıq gedir.
“Qışda, özü də bu qarlı havada hinduşkanı hamı bəyənəcək” deyə dodaqaltı danışan Cavidanın anası Mehriban salat üçün göyərtini doğrayır. Bu vaxt sabah sevgilisi ilə görüşə hazırlaşan 20 yaşlı qızı Solmaz hamamdan anasını çağırır ki, duşdan isti su kəsildi, başım şampunlu qaldı, donuram.
Mehriban kuxnada da isti suyun gəlmədiyini görüb ərinə deyir. Ağasəf də nə illah edirsə, kombini düzəldə bilmir.
Mehriban təşvişə düşür, ərini də tələsdirir ki, tez bir çarə tap. Nə qədər söndürüb yandırırsa da, kombi apparatı düzəlmək bilmir. Ağasəf kombi ustası Fərhadın nömrəsini qonşudan alıb zəng edir. Fərhad da deyir ki, bugün zakazlarım çoxdur, yol da uzaqdır, qoy sabah gəlib düzəldərəm. Əslində heç Fərhadın sifarişi çox deyil, sadəcə bilir ki, bu qarlı havada qiyməti yuxarı qaldırmaq üçün bəhanə uydurmalıdır.
Ağasəf xahiş-minnət edir ki, o biri zakazları sonraya saxla, birinci gəl mənim işimi həll et. Fərhaddan xərcini soruşanda o da 150 manat deyir, Ağasəfin gözü kəlləsinə çıxır. Tezbazar sağollaşıb Mehribana deyir ki, dayınəvəsinin də az-çox başı çıxır kombidən, sabaha gəlib pulsuz düzəldər. Arvadı Mehriban qalmaqal salır ki, “bəs axşam qonaqlar gələndə evdə paltoda-kurtkada otursun? Uşağın ad gününü niyə burnundan gətirirsən?” Qızı da ordan hamamdan çıxıb deyir ki, neçə gündür çimmirəm, saçım pis gündədir, mən qonaqların qabağına çıxmayacam. Arvadı Mehriban “qab-qaşığı soyuq suda necə yuyacam?” deyə qışqıranda Ağasəf başa düşür ki, vəziyyət doğurdan da gərgindir, mütləq bugünə kombi düzəlməlidir. Usta Fərhada zəng edib onu gəlməyə razı salır, dönə-dönə xahiş edir ki, bir az tez gəl.
Ağasəf axşam qonaqlıq üçün marketdən kompot, limonad alıb geri qayıdandan heç 5 dəqiqə keçməmiş isti su gəlməyə başlayır. Kombinin üstündəki error-lar da itir. “Yenə qazın davleniyası aşağı düşübmüş” fikrini ağlından keçirdə-keçirdə ustaya zəng edir. Fərhad da deyir ki, 2 dəqiqəyə qalxıram yuxarı, kombi apparatınızın içindəki ərpi təmizləmək üçün mağazadan kislota alıram.

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

Əri Şaban hamamda çiməndə telefonu jurnalnı stolun üstündəydi. “Görüm keçən dəfə rayonda dincələndəki şəkildə necə düşmüşəm? “ fikriylə Şabanın smartfonunu açdı. Pin-kod həmişə eyni idi, Şabanın uzun illərdir işlədiyi dövlət idarəsinə girdiyi il. Şəkilə baxdı, doğurdan da Şəkidə qəşəng dincəlmişdilər. Elə bil daxildə hansısa qüvvə ona dedi ki, bir Votsappa da gir. İş yoldaşlarının, qohumlarının çoxuyla yazışırdı, hamısını da yaxından...
media-1-60

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?”...
media-dilare