Bağ mövsümü yaxud Narminanın arzuları

media-untitled-design-66

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır.
Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş nəlbəkidə içilən samovar çayı, günortadan sərin suya qoyulmuş qarpızla kilosu 18 manata qoyun pendirini təndir çörəyilə yemək də deyil. Dadı 80 qəpiklik Bakı plombirlərindən fərqlənməyən, amma həmişə 3.5 manata aldığı rossiyski dondurma da deyil. Heç mamasının dünəndən hazırlayıb xaladenikə qoyduğu reyhan kompotu da deyil.
Onu həvəsləndirən odur ki, qonşuluqdakı bağ evində yaşayan Rafael yenə axşam onlara gələr, atasıyla domino oynayar. Əvvəllər şəhərdəki kondisionerli sərin havadan çıxıb bağ evlərindəki bürküyə getməyi istəməyən Narmina bu ilin iyun ayından həftəsonlarını səbirsizliklə gözləyir. Evlənməmiş, amma yaxşı imkanı olan, qara oçkisini gözündən çox vaxt çıxartmayan Rafaeldən xoşu gələn Narmina sonra fikirləşdi ki, na vsyakiy sluçay bir az abırlı paltar da götürsün. Qoy Rafael onu çox raspuşennıy qız kimi tanımasın. Namina istəyir ki, axşam dominoda atasıgillə o da oynasın, kaş Rafaellə para olsun, arada tez-tez baxışsınlar.
Elə bu vaxt anası Solmaz xala mətbəxdən çağırır ki, a bala, duznan qarğıdalı yaddan çıxıb, yolda marketdə salxmaq yadından çıxmasın.

Bənzər Məqalələr

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter

Qudurublar bunlar – deyə özlüyündə fikirləşən, 45 yaşlı, 2010-larda yaxşı pul qazanmış, indi isə biznesi balacalaşmış kiçik İT-şirkətinin direktoru Mərdan müəllim 1 ay əvvəl yaman əsəbiləşmişdi: Dünənki uşaq-muşaqlar bugün gəlib mənimlə yuxarıdan danışırlar. ”Maaşımız azdır, ya onu 50% qaldırın, ya da çıxırıq işdən” deyən bu 2 düdəməyə bax. Yüz faiz hamısı o veb-dizayner İqbalın işləridir. Yerində heç vaxt sakit durmur,...
media-untitled-design-63

28 yaşlı, Qafqaz universitetini qurtarmış, memar-dizayner işlədiyi firmada əvvəldən özünü işgüzar, ağıllı oğlan kimi tanıtmış Özal özünü indi lox kimi hiss edir. Kimə əsəbiləşəcəyini, içindəki acığı hara tökəcəyini də bilmir. Onsuz da iş çox olduğuna görə bütün günü kompüter qabağında işləyən Özalı 3 ay əvvəl Abbas çağırmışdı ki, bəs təzə zakaz var. İşarə barmağıyla yuxarını göstərib demişdi ki, “ordakılardan biri...
media-untitled-design-60