Karyera qurmaq istəyən gənJlərin o vaxtkı əyyamları

Bir ara şəhərdə belə bir mif yayılmışdı, dəqiq il yadımda deyil. Deyirdilər, bp-də bir xeyli vakansiya açılıb, ingilis dili və kompüteri bilənləri babat maaşla işə götürürlər. Pəəəh, gənclər də götürmüşdü qırmızı mörfini əlinə düşmüşdü şəhərdəki ingilis dili kurslarının canına. Ancaq ta bilmədim, sonradan göy mörfiyə keçdi o uşaqlar yoxsa yox. İşə zada düzəldilərmi ümumiyyətlə?…
Mənim getdiyim kurs isə dəhşət idi. Otaqda vurulan elan hələ də gözümün qabağındadı. İtalic, bold, times new roman fontla yazmışdılar: Müəlliməylə şəxsi münasibətlər qurmaq olmaz. Açığı nöş elə yazmışdılar bilmədim. Göy mörfini də bitirdim, ayrıldım kursdan. Sevgilimi də götürüb getdim mikrorayon tikməyə…
Kompüter kursları isə dəhşət idi. Windows xp olan pc-lər, crt monitorlar. Qabağında həyatdan küsmüş kaktuslar. Kaktuslar o qədər şüa yemişdi ki, kompüter ekranından daha çox şüa buraxırdı. Yazıqlar yalvarırdı elə bil ki, nolar bizi götürün də burdan. Onların özünün də yanına balaca kaktuslar qoyurdular ki, köhnə kaktuslardan çıxan şüanı udsun.
Lcd monitorlar olan kursa imkanlı uşaqlar gedirdi. Bir az baha idi o kurslar. Özü də qızlar birinci word artda soldan sağa üzü yuxarı qalxan hərflərlə adlarını yazmağı öyrənirdi. Ə hərfini hamı bacarmırdı yazmağı kvadrat düşürdü. Belə bir şey: T[]hmin[], Lamiy[]. Sonra Təhminə tuturdu söhbəti ki, adları ə-ni dəstəkləyən fontla yazanda görünür. Eliyən kimi də padruqası başının üstünü kəsirdi. Ay Təhmiş, necə elədün mənə də de.
Sevgilisi olanlar paintdə karandaşla sevgilisinin adını yazırdı əyri-üyrü. Oğlanlar da girişmişdi excelə, sütunda olan ədədləri toplayırdılar zad… Dayıları guya bunları babat maaşla mühasib işinə düzəldəcəkdi…
Nəysə çətin günlər idi, keçdi getdi. Amma insafən gözəl günlər idi, ÄMICANI…

Bənzər Məqalələr

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq,...
media-gulzar-xala

İstəyirəm 2010-cu ilə qayıdıb, 10b sinif şagirdi Ruslan olum. Axırıncı dərs bədən tərbiyədir deyə, dərsə altdan sportivni geyinim gedim. Çantada ən altda ketalarımı qoyum, üstünə də kitablar. Sinifdə xoşuma gələn Lalənin gəlib bizim futbola baxması üçünüçüncü dərsdən başlayım ki, qızlar qırğın futbol olacaq gəlin siz də baxın. A sinifinin qızları həmişə gəlirlər, o yandan adaşım olduğu üçün soyadı ilə çağırılan...
media-1-21

Balaca, xudmani məhlə marketləri olur. İki otaqlı evin kuxnası böyüklükdə olanlardan. 45-50 yaş arası təxmini adı Rafət olan nurani dayı işlədir adətən elə marketləri. İçəri iki nəfər müştəri girəndə uje dəbərmək olmur. Rafət dayı çıxır çölə ki, bunlar rahat alış-veriş eləsinlər. Reski içəridən bir xala çağırır ki, ay Rafət süd bu gün gələndi? Marketin adı “Halal Market” olur çox vaxt....
media-1-48