Manşet

34 yaşlı, distribütorların birində ofis işçisi olan Vüsalın kefi yoxdur. Arvadı İnarəylə çox dəxlisiz vaxtda küsmüşdü. 3 martda araları dəymişdi. Vüsal axır vaxtlar Tiktokda çox vaxt keçirirdi, bütün günü orasını-burasını açıb göstərən qızların profillərinə baxırdı. İnarə əvvəl buna fikir vermirdi, amma bir dəfə təsadüfən ərinin telefonunda Tiktoka girəndə gördü ki, sən demə Vüsal ucuzlu-bahalı, kifirli-göyçəkli, zövqlü-zövqsüz (daha doğrusu hamısı zövqsüz)...
media-2d-illustration-of-azerbaijani-office-worker-man-feels-sad-at-office-sad-colors-187821289

#Buvaxtlarda nazirliklərin birində vəzifəcə 6-cı adam olan 35 yaşlı Fuad müəllim işdən çıxıb S-klassın arxa sidelnikində oturaraq evinə qayıdır. Maşında hansısa radiodan milli caz mahnısı gəlir: uzun müddətdir maşının şoferi olan Muxtar artıq rəisin təxmini zövqünü bilir. Fuad telefonunda dalbadal gələn mesajlara baxır. Nazirlikdə elə bil hamı sözləşib ki, iş saatlarında yığılıb qalmış bütün e-mailləri gərək mütləq günün sonunda göndərsinlər....
media-2d-illustration-of-azerbaijani-35-years-old-businessman-sitting-in-s-class-mercedes-572603299

İndihardasa Rayonlarımızın birində tam adı Qurbanəli olan Qurban dayının 50 illik yubileyi üçün həyətdə yığışıblar. Qurbanın oğlu (Nurlan 26 yaş), əlində 10 dənə zavod çörəyi həyətə gəlir, anası (Lətifə 49 yaş) qaçır qabağına ki, salfetka yaddan çıxdı qaç onu da al mama qurban, atası da öz siqaretiylə dostu Ədalətin(51 yaş, qayıda işləyir) siqaretini göstərib qışqırır ay Nurı bunların da hərəsindən...
media-1-18

Balaca, xudmani məhlə marketləri olur. İki otaqlı evin kuxnası böyüklükdə olanlardan. 45-50 yaş arası təxmini adı Rafət olan nurani dayı işlədir adətən elə marketləri. İçəri iki nəfər müştəri girəndə uje dəbərmək olmur. Rafət dayı çıxır çölə ki, bunlar rahat alış-veriş eləsinlər. Reski içəridən bir xala çağırır ki, ay Rafət süd bu gün gələndi? Marketin adı “Halal Market” olur çox vaxt....
media-1-48