Qurban dayının 50 illik yubiley qonaqlığında

media-1-18
İndihardasa Rayonlarımızın birində tam adı Qurbanəli olan Qurban dayının 50 illik yubileyi üçün həyətdə yığışıblar. Qurbanın oğlu (Nurlan 26 yaş), əlində 10 dənə zavod çörəyi həyətə gəlir, anası (Lətifə 49 yaş) qaçır qabağına ki, salfetka yaddan çıxdı qaç onu da al mama qurban, atası da öz siqaretiylə dostu Ədalətin(51 yaş, qayıda işləyir) siqaretini göstərib qışqırır ay Nurı bunların da hərəsindən bir dənə al.
Qonaqlar yavaş yavaş süfrə başına yığışır, Nurlan heç vaxt görmədiyi Aliyə xalanın ” ay əclaf mənim qucağımda böyümüsən” sözlərinin müşayiəti ilə masanın küncündə əyləşir. Qurban da ərknən qışqırır ki, soldan sağa sıxılın, mamangil də otursun a biqeyrət. Gülüşürlər. Bu moment anası əlində qarpızla tələsik masaya yaxınlaşır kı, yayınkı qarpızdı, yeyin utanmayın, öz həyətivizdi. Çönür Qurbana gülə-gülə “balalarımla işin olmasın, qoy yesinlər mən ayaq üstə onsuz yeməyə baxıram”
Ədalət dayı kababdan yeyə-yeyə başlayır, A Qurban, bu gədei niyə evləndirmirsən, işləmirmi bu? Qurban deyir, ə yo işləyir, ə danış görüm nə daşıyıb gətirirsiz? Nurlan əlində yarımçörəklə dillənir, papa daşımırıq e, çatdırılma şirkətidi “Carry”. Atası ilə dostu bir-birinə baxır, Qurban birinci dillənir ki, inanırsan baş açmıram bu uşağın dilindən?!Bir dənə onu bilirəm ki, anası nə almaq istəyirsə, zakaz eləyirlər 2-3 günə gəlir. Ədalət qayıdır ki, nəydi onun adı? Kərə?
Nurlan düzəldir ki, yoxe Ədalət əmi Carry -Carry, neujeli eşitməmisiz. Ədalət deyir nə bilim a bala, sən məndən yol qayısın soruş deyim hara baxır. Məclisin bu yerində əli sinəsində başını bir balaca önə əyərək, yayın olmasına baxmayaraq əynində pencək, tin burun ayaqqabı, üstündən siqaret ətri əskik olmayan, həmişəki kimi gecikmiş Eldar dayı girir həyətə, Nurlanın anası əlində dəsmal dayanıb, Nurlana göz-qaşla “dur yerivi boşalt, dayın otursun” əmri verir.
Eldar oturan kimi, deyir ki, ay Ləti, yeməyi saxla bir stəkan adi su ver mənə, mən bulardan içə bilmirəm, bunu deyə deyə yaxasını açıb Ədalətə qayıdır ki, qadan alım, bizimki mənim başımı xarab edib maşının arxasını bir barmaq kəsmək istəyir, ilişərlər ona? Ədalət də əliniylə qapını göstərir ki, ay Eldar çıx mənim öz maşınıma bax, zavod nə veribsə odu, devlət bir şey bilirki icazə vermir də, həm sora dəyişilən maşını satmaq da olmur. Bu söhbət gedə gedə Nurlan dayısı oğluna whatsapp-da “senin mawin sohbetin qaldi” yazıb göndərir, dayıoğlu da yazır “de sən öl?”, Nurlan da “Allaha and olsun” yazıb, whatsappdan çıxır.

Bənzər Məqalələr

– Ata, axı loqarifm funksiyası mənə nədə lazım olacaq gələcəkdə? Bax, özün AZİ-ni qurtarmısan, o qədər oxuduğun sinus-kosinusu harda işlətmisən? Niyə cavab vermirsən? Axı mən hərbçi olacam, niyə mən kimyada o reaksiyaların hamısını bilməliyəm? Tariyel 9-da oxuyan oğlunun suallarına cavab tapa bilmirdi. Neçə il oxudu, özü də əlaçı olmuşdu, amma işlədiyi yerdə bir dəfə də tətbiqini görməmişdi. Elə bircə onu...
media-ata-ogul

– Dütdülü…Bu da pəncü-sə. Aradabir çayı üstü qaralmış feyxoa mürəbbəsiylə ötürərək zərləri nərdtaxtada tıkkıldadan, 55 yaşlı İbrahim çoxdandır dostluq etdiyi, ayda 1 dəfə görüşdüyü Şirzadla gah Ukraynadan, gah Zəngəzura çəkilən yoldan, gah Ərdoğanın siyasətindən danışsa da, əslində son vaxtlar çox fikirli olurdu. Əvvəllər həmişə üzügülər, dost-tanışa kömək edən, mühəndis kimi aya 2500+ qazanan İbrahim indi üzdə görünməsə də, içində dərd...
media-2d-illustration-a-charming-scene-of-a-50-year-old-man-immersed-in-a-backgammon-game-with-a-friend-at-751362312-1

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter