Memar-dizayner işləyən Özalın müdirlə macərası
28 yaşlı, Qafqaz universitetini qurtarmış, memar-dizayner işlədiyi firmada əvvəldən özünü işgüzar, ağıllı oğlan kimi tanıtmış Özal özünü indi lox kimi hiss edir. Kimə əsəbiləşəcəyini, içindəki acığı hara tökəcəyini də bilmir.
Onsuz da iş çox olduğuna görə bütün günü kompüter qabağında işləyən Özalı 3 ay əvvəl Abbas çağırmışdı ki, bəs təzə zakaz var. İşarə barmağıyla yuxarını göstərib demişdi ki, “ordakılardan biri Buzovnada bağ evi tikdirir, ona qəşəng proyekt vermək lazımdır. Qızlardan Zemagilin etdiyini məmurun arvadı bəyənməyib, deyir ki, nestandartnı, kreativ ev dizaynı istəyirəm. Həm də ki, oğlansan, bütün günü Buzovnaya gedib-gəlmək qız işi deyil, özün gedərsən. Pulları var, özləri də sovremennı adamlardır, prosto bir az zəhlətökəndirlər, nazlarıyla oynamaq lazımdır. Belə müştərini itirmək olmaz”
Onsuz da işləri çox olan, günortalar yeməyi qızdırmağa belə vaxt tapmayıb bəzən elə soyuq şəkildə yeyən Özal da qayıtmışdı ki, məndə filan-filan işlər var, necə çatdıracam? Abbas da ona demişdi ki, “birtəhər çatdırarsan. Maaşını 400 AZN qaldırıram, üstəlik proyekti yaxşı çatdırsan qəşəng premiya da verəcəm.”
Özalın tərəddüddə qaldığını görəndə isə Abbas onu da əlavə etdi ki, “A bala, o premiyanı indi Zemaya söz versəm, qız gecə yatmayıb 5 dənə dizayn variant çəkər. Amma özüm ona vermirəm. Birinci dəfədən müştərinin istədiyini tuta bilmədisə, elə hesab et ki, kliyent getdi. Həm də cavansan, bir az artıq işlə, özünə gün ağla. Normal pul qazanmalısan.”
Özal müdirin bu sözlərindən sonra qanadlanmış, qollarını çırmalayıb işə başlamışdı. 800 kvadrat metrlik evin eskizini keyfiyyətli şəkildə çəkmişdi. Həmin məmurun xanımı (məmurun özünü görə bilməmişdi, bütün tapşırıqları ona arvadı verirdi) ilə də səmimi münasibət qurmuşdu: insafən, AutoCad proqramında yaxşı və yorulmadan işlədiyinə görə müştəri də ondan razı idi.
Martın axırında müştəri nəhayət ki, proyekti aldı, şirkətin ödənişini də köçürdü. Özal əvvəlcə Abbasın özünün hərəkət edəcəyini gözləyirdi. Novruz bayramından sonra axırda özü gümrah tonda Abbasa yaxınlaşdı ki, Abbas müəllim, o vaxt premiya demişdiniz. Özünüz də gördüz, dedikləri formada kuxnanı sığışdıra bildim aşağı mərtəbədə. Hamı deyirdi ki, mümkün deyil, amma bu oğlan bacardı.
Amma Abbas müəllim əbəs yerə uşaqlıqdan ona “juk Abbas” ləqəbi qoyulmadığını sübut etdi. Gah dedi ki, maaşını artırmışam, gah dedi ki, şirkətin vəziyyəti çətindir, vergilər çoxdur, gah dedi ki, proyekti 2 aya yox, 3 aya çatdırmısan (əslində ləngimə müştəri tərəfdə idi), gah dedi ki, müştəri narazı qalıb bəzi şeylərdən.
Özal nə qədər danışmışdısa da, Abbas fikrindən dönməmişdi. Özal iş tapmaqdan qorxmurdu. Bilirdi ki, onsuz da https://busy.az/ kimi vakansiya saytlarında yaxşı iş elanları qoyulur, istəsə özü də İnstaqramda səhifə açıb fərdi sifariş götürə bilər. Onu yandıran bu müddət ərzində özünə verdiyi zülm idi. Yatmamaq üçün dalbadal içdiyi kofe fincanları, Buzovnaya gedib-gəlməklər, ofisdə bir dəfə gecələməyi gözünün qabağından getmirdi. “Müdirdən necə intiqam almaq olar?” mövzusunda özü üçün mümkün variantları cızdı:
– Abbasın maşınının təkərini gecə gizlincə deşmək
– “İşdən şikayətim var” qrupunda şirkəti və müdiri biabır etmək
– vergidən yayınması haqda nazirliyə şikayət etmək (amma sonra öyrəndi ki, Abbas “təmiz” işləyir, ona görə bu variant batdı)
– Abbasın “mavi“ olması haqda şayiə buraxmaq
– …
2 həftədən sonra işdən çıxacaq Özalın ağlına başqa fikir gəlməyib. Heç olmasa siz bir şey yazın, Özala məsləhət verin.