14 fevral ərəfəsində söygülü bakılılar
İndi hardasa14 fevrala hazırlaşdığı üçün Instagramda bütün hədiyyə səhifələrini alt-üst edən 24 yaşlı, papasının tapşırdığı işdə maaşdan maaşa görünən, həyatda ən böyük uğuru Fənərbahçənin oyununa stadiondan baxmaq olaq, hələ də ordan şəkillərini paylaşan, Kia optima sürən Cəmil variant axtarır. Hədiyyə səhifələrinə “bu necyedir?” yazır, “direktdə məlumat verildi” cavabını alandan sonra, 79 manata kinder sürpriz qutusu satan səhifəni görüb “mən size yazcam” deyib, başqa səhifələri gəzir. Bu moment həyatda maksimum qazancı əsgərlik xatirələri olan, puldan söhbət düşəndə o vaxt kişi axmaqlıq elədi deyən dostundan mesaj gəlir ki, qaqa ayın 14-nə 50 varındı? 20-si qaytaracam kişi burda deyil. Cəmil də Nəzrinlə (sevgilisidi, 22yaşı var, bürclərdən başqa heç nəyə inanmır) görüşməyə özünün pul axtardığını deyir. Mahmud da buna “hec biwey brat” yazır.
Qız Cəmilin online olduğunu görüb yazır ki,
“ishib bitdiki uje?
*n
mene niye yazmirsan?”
Cəmil də sənə suprizim olacaq deyir.
Nəzrin başa düşür ki, buna hədiyyə alacaq, tez başlayır ki,
“ureyim ne ehtiyac var hediyyeye elave xercleme, gul filan bilirsenki elede menlik deyil, xercleme”
Cəmil özüm bilərəm cavabı verəndən sonra
Nəzrin buna “Bi Kısmat Çörəh” səhifəsindəki içində Kontakt Home reklamı olan 14 fevral hekayəsi atır.
Cəmil oradakı Fevralın 15-nə qədər noutbuklara, qulaqlıqlara, fotoaparatlara olan 50% endirimi görüb. Başa düşür ki məsələ əslində hekayə deyil.
Bir dənə gülmək smayliki atır, WhatsApp-dan çıxır.
Nəzrin də paraleldə rəfiqəsi Vüsaləyə “az bu onsuzda nese alacaq ele shey alsinki ozumede maraqli olsunda. Off hech men bilmirem ne alacam, mamadan pul goturum gerek.” göndərir.
Nəzrinin Cəmilə atdığı status bu oxuduğunuz statusdur.