Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib

media-dall-e-2023-10-27-11-28-09-2d-illustration-of-a-cozy-azerbaijani-home-setting-a-young-25-year-old-man-with-contemporary-clothing-is-animatedly-talking-to-his-50-year-old-mother
“Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib” deyə fikirləşən Vüsalə soruşdu ki, mama, bugün bizə Yəmən xala gələcək?
– Yox, Yəmən 3 ay əvvəlki söhbətdən sonra küsüb məndən guya. Kimdir bizə gələn? Buranın qapısını tanıyan var ki? – deyə 45 yaşlı Nəcibə duxovkaya ciyərləri qoymağa başladı, kartoşka qızartmasının üstünə kəkotu, ədviyyatlar yaxşı yapışmışdı. Əri 10 il bundan qabaq onu atıb Rusiyaya köçəndən bəri get-gedə solmuş, baxımsız, ömrünü-gününü qızı Vüsaləyə həsr etmiş, ayda 1200 manat maaş alan qadın olan Nəcibə amma doğurdan da dəyişmişdi.
Neçə illərdir ki, dəyişmədiyi saç düzümünü bugün səhər salonda dəyişdirmişdi, tuş dəyməyən kipriklərini uzatmışdı, evdə həmişə geyindiyi pijama dəstini çıxardıb köhnə, cavanlıq vaxtının yüngül platyalardan birini hansısa çemodandan çıxardıb geymişdi.
Məsələ bundadır ki, 3 gün bundan əvvəl təzə aldığı tozsoran xarab olmuşdu. Qanıqara vəziyyətdə, basa-basa təzədən Sədərəyə getmiş, şirniyyatdakı sıralardan birində tozsoran satan satıcını gözləmişdi (satıcı namaz qılmağa çıxmışdı). Satıcını 20 dəqiqə gözləyəndən sonra acıqlı şəkildə deyinmişdi ki, “bu zibili mənə niyə sırımısız? Qaytarıram.” Amma satıcı kişi təmkinli, sakit səslə qayıtmışdı ki, “Xanım, pul verib aldığı mala zibil demək olmaz. Malı almısız, upakovkasını açmısız, işlətmisiniz, mən bunu necə qaytara bilərəm axı?“ Əsəbindən aləmi bir-birinə qatmaq istəyən Nəcibəni sakitləşdirdi ki, “xanım, narahat olmayın, mən düzəltdirəcəm bunu, əgər düzəlməsə, arxayın olun, başqa təzəsiynən dəyişəcəm, bəlkə zavodskoy brak çıxıb. İstəyirsizsə 4 saat gözləyin, usta baxsın“ Nəcibənin isə Sədərəkdə oturmağa heç həvəsi yox idi.
– Yaxşı xanım, siz ünvanınızı dəqiq yazın mənə, mən sabah axşam işdən çıxanda gətirib evinizə təhvil verərəm.
Səhər isə həmin satıcı zəng etmişdi ki, xanım, sizin küçənin qırağında maşın saxlamaq olur? Tozsoranın filterində xırda problem vardı, dəyişmişik, fil kimi sovurur hər şeyi indi.
Məhz bu zəngdən sonra Nəcibə evi qəşəng silmiş, stolun üstündə süfrəni dəyişmiş, səliqə-sahmana baxmağa başladı. Heç özü də bilmirdi ki, nə olub. Özü-özünü inandırmağa çalışırdı ki, məişət əşyalarını satan, adını da bilmədiyi o kişiyə görə deyil. Özüyçün zümzümə edirdi, amma hər dəqiqənin başında fikri hərlənib-fırlanıb o satıcıya gəlirdi. “Hm, fil kimi sovurur, sözə bax ha –“ deyə gülümsündü.
Artıq gözünün qabağına gəlirdi ki, 1 saata qapının zəngini basacaq, mən qapını açanda deyəcək ki, xanım, bu da bizim filimiz, bir dənə toka salıb yoxlayın, görün işliyirmi. Sonra da yeməyin iyi burnuna çatacaq, udqunacaq, mən də deyəcəm ki, qapıda dayanmayın, keçin içəri. Tozsoranı toka taxan kimi işləyəcək, o da zarafatla deyəcək ki, fil yaxşı işləyir? Otaqdan çıxıb deyəcəm ki, elə kak raz yemək qoyurdum süfrəyə, oturun bir tikə çörək yeyin, yəqin siz də işdən çıxmısız, ac olarsız. O da çəkinərək deyəcək ki, Yox, çox sağ olun xanım, narahatçılıq vermək isəmirəm, yolda dönər alacam. Qayıdacam ki, mənim yeməyim o at ətindən dönərdən əskik oldu? O da gülümsünəcək, deyəcək ki, əlimi harda yuyum?

Bənzər Məqalələr

Belə havalarda bir xeyli vaxtdır ki, görüşməyən call-center operatoru Cavidan və Kooperasiyanın 3-cü kurs tələbəsi Şahnaz nəhayət ki, “Soyuq əllər, İsti ürəklər” yarmarkasına getmək üçün Torqovlikə gəlmək istəyirlər. Nərimanov metrosundan adi vaxtı 15 dəqiqəlik olan yolu, hər şeydən narazı olan Prius sürücüsünün deyingən səsinin altında 1 saat 10 dəqiqəyə gəlirlər. Fəvvarələr meydanında izdihamın içində bir az da əzilən Cavidan bu...
media-1-4

İndi #hardasa Nigar adında bir qız sevgilisi Orxanla görüşmək üçün evdən çıxmağa hazırlaşır. Orxan da gedib məhlə uşağı Fuadın iş yerinə ki borca pul götürsün. Nigara da deyir ki, papa iş dalınca göndərib. Orxan yığır dostu Elnuru deyir ki, Mehmangilin abyektində otursam qızla maksimum nə qədər şot gələr? Elnur da deyir özün öldürə 20 manat, sən get, mən Mehmanı yığıb...
media-1-8

İndi hardasa14 fevrala hazırlaşdığı üçün Instagramda bütün hədiyyə səhifələrini alt-üst edən 24 yaşlı, papasının tapşırdığı işdə maaşdan maaşa görünən, həyatda ən böyük uğuru Fənərbahçənin oyununa stadiondan baxmaq olaq, hələ də ordan şəkillərini paylaşan, Kia optima sürən Cəmil variant axtarır. Hədiyyə səhifələrinə “bu necyedir?” yazır, “direktdə məlumat verildi” cavabını alandan sonra, 79 manata kinder sürpriz qutusu satan səhifəni görüb “mən size...
media-1-7