Balaca dükan işlədən Seymur olmaq istiyirəm

#istəyirəm 30 yaşlı, uzaq rayonların birindən gələn, meyvə-tərəvəz satan, qalın west çəkən Seymur olum. Obyektimdə oturacağımın yanında xudmani tefalım, qulpu qırıq çaşkam, bir az limonlu konfet və bir də (bu ən vacib elementdir) ekstra adlı damaları yarıyacan kirilcə doldurulmuş krossvordum olsun. Kartonların bağlanan hissələrini səliqəli cırım yazım kartof-0,70 qəp. (manat yox qəpik) obyektin qabağında çömbəlib gilasın içindən xarablarını artdıyım sol ovucuma yığım ayağa qalxmadan yaxınlıqdaki karopka zibil qabına uzaq məsafədən dəqiq atış edim.
Dükana təzə mal gələndə yaxndakı kafenin rayondan işləməyə gələn ofisiantını çağırım ki “Nuruş bidənə gə bunu qoyax da içəri”. O da “gəlləm” deyib ürəyində Bakıya gəldiyi günü söyə-söyə köməyə gəlsin.
Bir nəfər də qara prado sürən Müseyib məllim daimi müştərim olsun, hər dəfə 20-25 manatlıq al-ver eləsin, bir dəfə kartoşkanı götürsün uzun və analitik nəzərlərlə baxsın, desin bu haranındı? mən də deyim ki təmiz Gədəbəydi, o da qayıtsın ki, bu 3-4 günün malına oxşuyur. Mən də təəccüb içində başımı sol çiynim üstə əyib dodaqlarımda təbəssüm, gözlərimdə təbəssüm (fonda Shopen, qızıl payız əsəri) batıq və solğun səslə deyim “Mən heç sənə xarab mal verərəm?”

Bənzər Məqalələr

#istiyirəmki , Bakıda ən yaxşı, reytinqi 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç bir fərqi yoxdur. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi təyinatı dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını veririm. Çünki çox vaxt planının xəritədə vurduğu lokasiyaya uyğun olaraq fərqli olur. Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən...
media-f86f2668-9c50-4ab3-8b3a-99920ee1d4be

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner