Telefon mağazalarından birinə satıcı tələb olunur

media-1-39
28 may metrosu yaxınlığındakı telefon mağazalarından birinə satıcı tələb olunur.
Tələblər
1) Bütün ləhcələrimizi yaxşı bilməlidir, yeri gəldikcə müştərini inandırmalıdır ki, yerlidirlər.
2) Cibində hər ehtimala 3 telefon daşımalı, müştərinin vitrində bəyəndiyi telefonun eynisini qısa zaman kəsiyində arxa cibindən çıxarıb ” bax qaqa, pis olsa özüm işdətmərəm ki”
” Bunun qarası da qardaşımda var” deyə bilməlidir.
3) Müştəri iki telefon arasindakı fərqi soruşanda bir əlini cibinə qoyub bir əli ilə üzünü tumarlayaraq ” qaqa fərq deyəndəki, yəni, biri 579 manatdı, biri 870. Özün fikirləş dəəə” deyib ağıllı-ağıllı gülümsəməlidir
4) Vaxtaşırı dükanın qabağından keçən mini yupkalı, gözəl fiquralı xanımları gördükdə boynu qırılanacan burulub baxıb, kəmərini düzəltməli, telefon ustası Familə çönüb ” ölkə nə vaxt belə pozuldu a kişi” deməlidir
5) Telefondan başını qaldırmadan təmir üçün gələn adamlara ” usta çıxıb 15 dəyqəyə gələr” desin
#vakansiya rubrikasına ” Mayanezi bol ” dönər evinin sponsorluğu ilə baxdınız

Bənzər Məqalələr

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter

#vakansiya Yasamalda yerləşən, üstündə “barber shop” yazılan “Xarizma” kişi salonundakı 4- cü stola bərbər tələb olunur. Tələblər: 1) Yanına götürəcəyi uçenikə “malış”, uçenik də ona “Usta” deməlidir. 2) Hər gün gəlib yanında boş-boş dayanan dostu olmalıdır və bərbərlə tez-tez “qaqa dəlləhsən sən? it-pişih də qırxırsan? ” zarafatını eləməlidir 3) Çoxdan gəlməyən müştəri oturan kimi deməldiri ki ” saçıvı axırıncı dəfə...
media-1-19

VAKANSİYA Bakı daxili hələ də qəpiklə işləyən marşuruta 20-35 yaş arası sürücü tələb olunur. Tələblər: 1) Eyni anda telefonu sol çiyni ilə qulağına sıxıb, sağ əlində içində atma çay olan 10 qəpiklik stəkan, sol əli ilə isə sükanı tutma bacarığı olmalıdı. Lazım gələrsə, rulu dizi ilə tutub sol əli ilə 4 dənə bükülmüş manatlıq və 70 qəpik qalıq qaytarmalıdır. 2)...
media-1-30