Masallıya istirahət səfərim

media-1-51
#istəyirəm uşaqları da götürüm gedək masallıya. Səhər tezdən çıxaq, axşam qayıdaq. Bacanağım da yoldaşını, uşaqlarını götürsün qoşulsun bizə. Onda köhnə qara tukson, məndə də gümüşü çeşka. Arxa-arxaya iki maşın çıxaq. Bacanaq feysbukda hamımızı taglıyıb belə status yazsın: go go masalli istirahet with Мужган Рустамова, Rafiq Isakov, Тарана Исакова. Əmioğlu, Krutoy Qafqaze4 Isak-off profili rəyə yazsın ki, “brat hemiwe gezmekde”. mən də o rəyi layk eləyim ancaq cavab yazmıyım.
Baqaja 6-7 şiş, qonşudan götürdüyüm manqalı atım, orda özüm kabab çəkim. Ancaq kababı yandırım, zibil qoyum ətin içinə. Camaat ac qalmamaq üçün birtəhər yesin kababı.
Sonra çay süfrəsi açaq. Güllü adyal da götürmüşəm axı. Sərim onu yerə sonra uşaqları göndərim ki, gedin daşdan zaddan görün nə var gətirin qoyaq qıraqlarına uçmasın. Oğlum daş gətirməyə gedəndə üzr istəyirəm yoldaşım arxasıyca qışqırsın ki, nihat qaçma yıxılarsan. yoldaşım gəlinliyində gətirdiyi, üstü güllü 2 litrlik termosa qaynar su töksün. Pinqvin klyokda quru çay götürək, orda dəmləyək. Düyü qabına kəllə qənd yığaq. Çay içəndə qəndi yığaq o düyü qabının tutacağı olan qırmızı rəng qapağına. Üstündə işlədiyim bankın logosu olan qulpu qırıq çaşkaya yoldaşım çay süzsün, desin ki, qaynardı ehtiyatlı ol. Mən də orta barmağım çaşkanın altında baş barmağım isə üstündə olmaqla əlimdə tutum. Qırmızı qapaqdan qənd götürüb bir dəfə üfləyib dodaqlarımın arasında tutum. Sonra dodaqlarımla ötürüm ağzıma.
Hamı süfrənin başına yığışandan sonra götürüm selfi çubuğuynan selfi eliyim. feysbukda bu başlıqnan paylaşım, ancaq heç kimi tag eləmiyim: gozel insanlarla xow bir gun. her wey ucun tewekurler – at masalli istirahet. rəydə iş yoldaşım Canəli Məmmədov adımı tag eləyib yazsın ki, həmişə gəzməkdə Rafiq Isakov, belə ailəvi gedib istirahət eləməyə nə qədər xərc çıxır?

Bənzər Məqalələr

#istiyirəmki , Bakıda ən yaxşı, reytinqi 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç bir fərqi yoxdur. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi təyinatı dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını veririm. Çünki çox vaxt planının xəritədə vurduğu lokasiyaya uyğun olaraq fərqli olur. Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən...
media-f86f2668-9c50-4ab3-8b3a-99920ee1d4be

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

İsdiyirəm ki, Bakıda maklerlərin alıb-satdığı evlərin çoxunun remontunu edən interyer dizayneri Sabir olum. Binalarda oboyları, mətbəx mebeli eyni olan,  bir-birinə oxşayan həmin evlərini proyoektini mən verim. Hər evə durub ayrıca getməyə, hərəsi üçün ayrıca özəl dizayn etməyə nə həvəsim, nə də vaxtım olsun. Ona görə də Yeni Yasamaldakı ev üçün etdiyim proyektin bir az böyür-başını dəyişib Qarayevdəkinə tətbiq edim. Əsas...
media-interyer-dizayner