14 fevral sevgililər günündə restoran macərası

media-2d-illustration-of-25-year-old-azerbaijani-man-and-woman-in-expensive-resturant-woman-choose-someth-750552751
Yusifin Həmidədən ötrü ürəyi gedirdi, ondan ötrü dünyanı verməyə hazır idi. Axşam 6 olan kimi tez özünü Port Baku tərəfə çatdırır, ordakı ofislərin birində işləyən Həmidəni işdən çıxandan sonra izləyirdi. Sonra çerez-çerez tanışlıqlar tapdı, qıza İnstaqramda dostluq göndərmək, 2 dəfə ortaq tanışlarla bir məclisdə oturmaq. Hələ Yeni ildə Həmidəyə anonim hədiyyə göndərmişdi.
Nəhayət, 14 fevral günü Həmidəyə 101 rozalı gül buketi, içində də zapiska qoymuşdu: Axşam işdən çıxandan sonra onu şəhərdə baha restoranların birinə dəvət edirdi. Hələ altında imza da atmışdı ki, “səni səndən də çox sevən Yusif”.
Ofisdə işləyən tanış qadınlardan da biri Yusifə yazmışdı ki, Həmidənin çox xoşuna gəlib, narahat olma, axşam gələcək restorana.
Restoranda görüşdülər, söhbətləşməyə başladılar. Stolun üstündə şam, güllər, yaxşı musiqi – həmin gün Bakıdakı restoranların çoxunda romantik ab-hava vardı. Ofisiant menyunu gətirdi, Yusif nar qovurma, Həmidə isə evropeyksi əndrəbadi bir yemək (beşamel sousunda bişmiş feyxoa dilimləri ilə qaz əti kimi bir şey) sifariş istədi. “Şərab içəcəksiniz?” sualına Həmidə hə cavabı verdi. Yusifə çönüb gəl bir fransız vinosu içək, burda Pino Noir Chateo Saint Benedict yazılıb, onu.
Yusifin şərabın qabağındakı 210 AZN qiymətini görəndə bütün əhvalı korlandı. Düzdür, kartında pulu vardı, bugün üçün də kifayət qədər büdcə də ayırmışdı. Amma sevdiyi qızın qəfildən belə bahalı şərab seçməsini gözləmirdi.
3 ildir ki bu restoranda ofisiant işləyən Səid Yusifin baxışlarından hiss etmişdi ki, vəziyyət netodur. İnsafən, heç bura gələn zəngin adamlar belə çox vaxt bu şərabı zakaz etmirdilər. Elə bil qəfildən cəsarətlənib dedi ki, Xanım, bu şərabdan qurtarıb, başqa seçim edə bilərsiniz.
Həmidə bu dəfə isə 180 manatlıq (zalımın qızı ancaq ən bahalılarına barmağını uzadırdı) şərabı seçəndə isə Səid menyuda qiyməti 40 manat olan yerli şərabı barmağıyla göstərdi. “Xanım, problem yoxdur, amma sizin seçdiyiniz yeməklə daha yaxşı olar ki, bu şərabı götürəsiniz. Keçən dəfə Avropadan gəlmiş turistlər də onu çox bəyənmişdilər, bu yeməklə ideal uyğun gəlir.”
Həmidə razılıq verəndən sonra Səid Yusifə baxıb tez göz vurdu və stoldan aralandı. Yusif tanımadığı bu ofisiantı indi doğma qardaşından da çox istəyirdi. Gedəndə Səid üçün əlavə yaxşı çayevoy da qoymuşdu.
Bugün səhər işə gələn Səidi restoranın həmişə kletkalı pencək geyən adminitratoru yanına çağırdı. “Sən burda çörəypulu qazanırsan, buranın xeyrini fikirləşməlisən. Skladda hər şey ola-ola müştəriyə yalandan niyə demisən ki, heç nə yoxdur? Rədd ol burdan, bir də görməyim səni. Get buxalterin yan;na.Keçən dəfə sındırdığın meyvə vazasının pulunu da çıxıb raşotunu verəcək sənə.”
Səid ağzını açıb heç bir kəlmə də demədi, gedib haqqını alıb evə qayıtdı. İşdən çıxmağına görə çox da narahat deyildi. Dost-tanışlıarı deyirdi ki, vakansiyalar saytına daxil ol, hər gün yaxşı iş elanları qoyulur. Əmin idi ki, 1-2 həftəyə əvvəl-axır məsləhətli iş tapacaq. Amma onu düşündürən, içini yeyən sual o idi ki, görəsən administrator 14 fevraldakı həmin söhbəti hardan bilirdi?

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

“Ay qızlar, siz də yaman məşğul olub itmisiz ha, bəlkə sabah axşam oturaq şəhərdə?” mesajını yazandan sonra ENTER düyməsini basan, hər 5 dəqiqədən bir qolundakı bilərzikə baxan, bütün günü qır-qızıl səhifələrini gəzən Aygül əvvəllər heç də “Kobraşkalar” WhatsApp qrupunda aktiv deyildi. İldə-ayda bir dəfə smaylik atar ya atmazdı. Amma Ramazan ayı girəndən sanki bir az aktivləşmişdi. Universitetdə bir yerdə oxumuş...
media-2d-illustration-of-25-years-old-azerbaijani-woman-at-her-bed-texting-on-phone-582507415

34 yaşlı, distribütorların birində ofis işçisi olan Vüsalın kefi yoxdur. Arvadı İnarəylə çox dəxlisiz vaxtda küsmüşdü. 3 martda araları dəymişdi. Vüsal axır vaxtlar Tiktokda çox vaxt keçirirdi, bütün günü orasını-burasını açıb göstərən qızların profillərinə baxırdı. İnarə əvvəl buna fikir vermirdi, amma bir dəfə təsadüfən ərinin telefonunda Tiktoka girəndə gördü ki, sən demə Vüsal ucuzlu-bahalı, kifirli-göyçəkli, zövqlü-zövqsüz (daha doğrusu hamısı zövqsüz)...
media-2d-illustration-of-azerbaijani-office-worker-man-feels-sad-at-office-sad-colors-187821289