10 nəfərdən ibarət marketing komandasının xəngəl sevdası
#beləhavalarda hansısa özəl şirkətin 10 nəfərdən ibarət marketing teami (komanda yox team) xəngələ getmək planı qurur. İlk təşəbbüs həmişə kollektivçilik anlayışını yaşadan Leyladan gəlir. Yutubda Sami Yusufun Nəsimi kompozisiyasının Təyyar giriş eləyən yerində probeli basıb videonu saxlayır, danışmağa başlayır.
-Uşaqlar mən o dəfə Nərmişnən (tənha bayquş misalı tək gedib) xəngəlanda getmişdim. Kakoy ujas da o qədər yedik-içdik yenə şot dəxşət az gəldi.
Bu momentdə gələcəkdə ərinin maaşından 5-5 qırağa atma potensialında olan Əminə (işdə hamı Ema deyir) öz ekonomist fikirlərini dəxlisiz şəkildə irəli sürdürür:
-Bəlkə alaq burda bişirək? Həm ucuz olar həm də pis çıxmasın bilək də nə yeyirik
Fikrinə dəstək verən olmadığı üçün sanki telefona nəsə gəlmiş kimi davranıb otağı tərk edir.
Bu yerdə iş çıxışı məhlədəki çayxanada oturan profil şəklində kompüter başında kostyumda şəkli olan Rüfət (hamı niyəsə buna Maqa deyir) “voobşe bizdə birlik yoxduye” deyib bet365-də basketbolda Los Angeles-Golden State oyunun kafsentini sıxmağa davam edir.
Komandanın ən çox gülən üzvü Ayşən (buna elə Ayşən deyirlər) heç kimin gözləmədiyi can alıcı sualı verir:
-Bəs Şaxin müəllim gəlməyəcək? Ona da deyək də o xəngəl xoşlayandı.
Milli dəyərlərin son qoruyucusu Ema təəccüblənərək “Ay qız sən Şahin müəllimin xəngəl xoşladığını hardan bilirsənki?” deyir. Hər temanı göydə tutan Leyla qımışır, Maqa onsuz da kafsentdən tutacağı pulu (1ə 20 verir) hara xərcləyəcəyini fikirləşir, Ayşən isə “Az Şaxin müəllimin həyat yoldaşı ilə padruqayıq da tipa bacı kimi (əslində girir) deyir. Hamı 5ci gün iş çıxışına vaxt təyin edir amma hamı ürəyində bilir ki bunlardan xəngələ gedən olmaz. Birdən youtube-da Hercai serialına baxan və otaqdaki söhbətlərdən bixəbər olan muhasib Zema xanım qulaqlığını çıxararaq baxdığı səhnənin təsiri altında baş rol oğlanı nəzərdə tutaraq “Belə oğuldansa daş doğaydın”
Bu moment Şahin müəllim içəri girir. Heçkimə fikir vermədən deyir
-Ayşən, qırmızı papkanı götür gəl yanıma…