Bu camaatın uşağı, bu da mənim…
– Dütdülü…Bu da pəncü-sə.
Aradabir çayı üstü qaralmış feyxoa mürəbbəsiylə ötürərək zərləri nərdtaxtada tıkkıldadan, 55 yaşlı İbrahim çoxdandır dostluq etdiyi, ayda 1 dəfə görüşdüyü Şirzadla gah Ukraynadan, gah Zəngəzura çəkilən yoldan, gah Ərdoğanın siyasətindən danışsa da, əslində son vaxtlar çox fikirli olurdu.
Əvvəllər həmişə üzügülər, dost-tanışa kömək edən, mühəndis kimi aya 2500+ qazanan İbrahim indi üzdə görünməsə də, içində dərd çəkirdi. “İtin-qurdun uşağı qabağa gedir, bu da mənimkilər…” sözünü ürəyində tez-tez təkrarlayırdı.
Keçən il universiteti qurtaran böyük oğlu heç yerdə işləmək istəmirdi. Balaəli, Orxan Lökbatanlı, Ruslan Müşfiqabad, Cahangeşt və s. meyxanalarını əzbər bilsə də, nə ingilis, nə də rus dilini yaxşı bilmirdi. Proqramlaşdırma kursuna möcbur göndərsələr də, orda da 1 aydan sonra müəllimlə dalaşıb çıxmışdı.
Məktəbdə 10-cu sinifdə oxuyan kiçik oğlu isə gecə-gündüz PubG oynayırdı. Heç bir dərsdə rüblük qiymətləri 3-dən yuxarı olmurdu.
“Hamıya yaxşılıq etmişəm, bir adama pisliyim dəymib, uşağları da zülmlə böyütmüşəm, bəs bunlar niyə zırrama oldular?“ sualının cavabı kimi gah arvadını, gah ölkəni, gah yaşadığı rayonu günahlandırsa da, tam dəqiq cavabı hələ də tapa bilməmişdi. Elə bu vaxt Şirzad qayıdır ki,
– Ay İbiş, sən ki, bu qədər şeş-qoşa atırsan, dur get Kontakta da. Odeey, toknan işləyən maşın qoyublar priz kimi…Bir dənə çahar vermədi ki, çıxım daşımı. Uzağı maşını udmasan da, zərlə şeşdən-beşdən at, alacağın malın 25% ya da 100% -ni geri götür.
-Dusyadan yuxarı zər atsam böyük şeydir – deyə köks ötürən İbrahimin səs tonundakı pessimistliyi Şirzad hiss etmədi.
-Əşi, gərəkdir ki, mütləq nəsə udasan? 13 avqustadadək kampaniyadır, yarı qiymətinədək endirimlə satırlar hər şeyi. Telefondan, qab-qacaqdan, soyuducudan bir şey alarsan. Qardaş, faiz vermirsən, komissiya vermirsən, özü də uzun müddətə. Mebel voobşe 24 ayadək kreditə…
– Bir dayan, sənə nolub e? Sən hara, bu dediyin kampaniya hara?
– Heç, bizim Ürfanı işə götürüblər ora Kommersiya şöbəsinə. Maaş pis döyül, kateqoriya meneceridir-nədir, ondan işləyəcək. Deyiblər yaxşı işləsə bonus-zad da verəcəklər. 3 həftədir işliyir, razıdır. Elə onlar düzəldiblər bu kampaniyanı. Qızım Fira dizayner olmaq istəyir, onun da kompüteri çox köhnəydi, elə gedib təzəsini aldıq dünən ucuz qiymətə.
İbrahimin halı lap korlandı. “Bu da Şirzadın dümbələy oğlu. Məktəbə pulsuz girdi, dədəsindən indiyə qədər 1 qəpik pul almıyıb. Mənimki də maaş kartımdan Tiktokda mamlı-matanlara 4 dollara ördək göndərir. “
Elə bu vaxt çayxanada işləyən oğlan gəldi ki, təzə çayı da mürəbbəylə verim?