Mühafizəçinin bir günü
İndi #hardasa bir axran aztv idman kanalında avropa oyunlarının dağ velosipedi yarışlarının 18-ci təkrarına baxır. Baxdığı televizor ev antenası ilə işləyir, bir qulağı da sınıb. Nə qədər nastroyka edir ki, həm səs həm görüntü təmiz olsun, bacarmır. Ya səs xışıldıyır, görüntü normal olur, ya da əksinə. Ürəyində deyir əşi heç olmasa səs gəlsin darıxmayım, kimdi e, gecə vaxtı buna baxan.
Sonra əraziyə çıxır ki, hava dəysin yuxusu qaçsın. İki paçka siqareti var, LD boz kompakt, birindә 4 gilә qalıb, o biri butkada asdığı kurtkanın döş cibindәdir, tәzәdir.
Televizorun altında 3 gözlü plitə var, ancaq biri işləmir. Qabağına qəfədanı qoyur ki, isti qalsın. Suyu qaynadanda pletkanı əyir altına qırmızı kərpic qoyub qəfədanı qoyur üstünə.
Stolunun üstündə atma çay, qәnd qabı, yarı dişlәnmiş nutella konfeti var. Bir nəlbəkinin içində isə işlənmiş çay paketləri.
Telefonu zaryadkaya taxılı olur. Huawei, 60 manata alıb kompaniyadan. Özü də adaptor yuxarıda taxılı olur. Şunur aşağıya gəlir, telefon da sallanır.
Telefonun ekran şəkli Azərbaycan bayrağıynan fotoşoplanmış canavar şəklidi sağ aşağı küncündə maraqliwekiler.wen.ru loqosu var qızılı rənglə yazılmış.
Qaqaşın əlində AT(N)A döyməsi var. T və N üst-üstə A-lar yanda. Adı Ceyhundu, odnoda adı CeKa AzeRbaYdjanec. Axırıncı statusu da belədir:
TanrıDan ” SonSuz HeyaT
” isDeDim . . ” S ” HerFini siLib ” onSuz
” Heyat verDi..