Telefonu xarab olmuş Jalənin bir günündən
İndi hardasa bütün günü qabağında kalonkada “dostum itirsən məni hardan tapacaqsan məni” mahnısı gedən, instagram səhifəsi Star__telecom_ olan, Star telefon dükanında işləyən, aşağısı poliverin üstündən qolsuz balonka kurtka geyinən, sevgilisinin adını telefona iki nöqtə olaraq qeyd edən, bütün danışılan söhbətlərə dair hekayəsi olan Qurban kontinktən bir diş vurub içəri girən müştəriyə usta yoxdur birazdan gələcək cavabını verir.
Müştəri də, atası orda-burda dili qısa olmasın deyə Slavyan universitetinin “biz də oxumuşuq” sözünü dedizdirən fakultələrindən birində oxuyan 21 yaşlı Jaledir. Görür ki, usta yoxdur əlində başı mişkalı iphone-u göstərib deyir ki, bu kabronun qarasından var? Qurban da ağzındaki kontiki udub çaydan bir qurtum da alıb, qıza bəlkə o da baxar baxışları ilə baxa-baxa durur ayağa ki, xanım nə varsa burda gördüklərivizdi, istəyirsiz gözləyin birinci gün təzə mallar gələcək. Oğlan bunu danışa danışa qız nauşnikləri qurdalaylr, reski soruşur ki, bular orijinaldı? Qurban görür ki, bu alana oxşamır, oturub yerindən dillənirki orijinal ən yuxarıdakılardı.
Bu moment usta girir içəri, Qurban da tez dillənir ki, qaqa usta soruşurdu e, bi dənə bax gör nə istəyir. Düzəldə bilmədiyi telefonların firmasını söyən, özündən başqa heç bir ustanı qəbul etməyən,düzəltdiyi telefona verdiyi qarantiya “qaqa bunu yerə, suya salma, nə olsa mənlikdi” cümləsindən ibarət olan, həyatda ən böyük uğuru PubG-də fatihə qədər qalxıb, sonra oyunu tamamən silmək olan 29 yaşlı İlqar, tez qızın əlindən telefonu alıb soruşur ki, hə, nə olub buna. Qız da deyir bəs mən danışanda telefonu qulağıma qoyanda əvvəl ekran işığı sönürdü, indi sönmür. Qız danışa-danışa usta taxtanın dalından çönüb Qurbana göz atır, ikisi də başa düşür ki, ekrana vurulmuş qoruyucu şüşə sensorun üstünü tutub, 2 dəqiqəlik işdir. Qız da dünyadan xəbərsiz şəkildə daha yarımsaat gözləyib, 2 manatlıq işə, 20 manat verir.
Sonra da 28mayda boş yer olsa da düz o yerin qabağında ayaq üstə dayanan qara kurtkalı qaqaşın qarşısında əyləşib, telefonuna gələn Mama arıyor zənginə otboy verib, tez vhatsapda “metrodayam gelirem eve” yazır, qapılar bağlanır.